"Azərbaycan xalq ədəbiyyatından seçmələr". Qədimlərdən gələn qaravəllilər, xalq tamaşaları, oyunlarımız... Balacalarımıza, eləcə də Dünyanın 50 milyonluq Azərbaycanlılarına hər iki - Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə portalın hədiyyə-təbriki...
Corc Qordon Bayron. "Seçilmiş əsərləri". Bu kitaba dünya, Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun azadlıq ideyaları tərənnüm olunan, maarifçilik görüşləri rəğbətlə qarşılanan "Gavur", "Abidos gəlini", "Mazepa" adlı mübariz ruhlu fəlsəfi-dramatik poemaları və "Qabil" pyesi daxil edilmişdir.
"Adabül-mütəəllimin" (Tələbəlik mədəniyyəti). Klassik Azərbaycan sufi intellektualından - Xacə Nəsrəddin Tusidən dəyərli bir əsər. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun rəsmi nəşri.
Pyer Davit. "Dünya və ya onun dörd tərəfinin ümumi təsviri". Kornel Lö Brən. "Moskoviya, İran və Şərqi Hind Adalarına səyahət (iqtibaslar). Orta əsrlər Şərq - Azərbaycan tarixinə aid qərbli müəlliflərin iki unikal əsəri...
"Quran" oxumağa giriş" (Əlifba) Türkiyə Dəyanət İşləri Başqanlığı nəşri. Azərbaycan dilində. Bu kitab Türkiyə Cümhuriyyəti Din İşləri Yüksək Kurulunun 8.3.1972 ci il tarixli və 423 saylı qərarı ilə nəşr edilmişdir.
"Azərbaycan folklor Antologiyası" (XVI kitab). "Ağdaş folkloru" cildi... AMEA Folklor İnstitutunun rəsmi nəşri. Bu kitabda Azərbaycan qədim yaşayış məskənlərindən sayılan Ağdaş bölgəsinin şifahi xalq ədəbiyyatı - folklor nümunələri toplanıb...
Zaur Ələkbərov, “Paşa İnşaat” MMC-in hüquq şöbəsinin əməkdaşı, Beynəlxaq Hüquqi Tədqiqatlar Təşkilatının üzvü. "Azərbaycan Respublikasının Mərkəzi Bankı – Azərbaycan iqtisadiyatının əsas elementi kimi". Analitik-elmi araşdırma məqaləsi... Gənc iqtisadtçının bu elmi məqaləsi bankçılıq sahəsinə aiddir... Məqalədə Azərbaycan Respublikasının Mərkəzi bankının ölkə iqtisadiyyatında necə mühüm və vacib rol oynadığından danışılır.
Gi de Mopassan. "Seçilmiş əsərlər". Dünyaşöhrətli fransız yazıçısının azərbaycanca bu kitabına "Gonbul" kimi şedefr novellalar və başqa əsərləri daxil edilib... Soyqırım kəndirinə bənd olmuş indiki Fransa qoy utansın öz ədibinin ruhundan!
"Türk xalqları ədəbiyyatı". Dərslik formasında hazırlanmış bu kitab-antologiyada Türk dünyasının ədəbiyyatı əhatələnir, Türkiyə türkü, özbək, türkmən, qazax, tatar və başqa xalqların milli söz sənəti mərhələlərlə təqdim edilir...
Xurşidbanu Natəvan. "33 qəzəl". XIX əsr Azərbaycan ədəbiyyatının xanım nümayəndəsindən könülağrıdan qəzəllər - lirik, kədərli, həyati, fəlsəfi şeirlər... Kitab 1981-ci ildə "Gənclik"nəşriyyatında nəşr olunub...