Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ünvansız sevgi". İstedadlı yazıçıdan çox oxunaqlı detektiv roman. Son illərin mürəkkəb kriminal olaylarının ədəbi xəritəsi də saymaq olar, əksinə, həzin və kədərli sevgi hekayəti də...

Müəllif:

Müşfiq Xan


Kateqoriya:

Detektiv. Macəra



Qısa Təsvir:

 


Baxış sayı: 161
    
    


Müşfiq Xan


\"Ünvansız sevgi\"


Detektiv roman



Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir.

Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur.

İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi - rayon polis bölməsi təhqiqatı düzgünaraşdırmamışdı...