Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab". "Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama". Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilmişdir... Azərbaycanca

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

 


Baxış sayı: 2393
    
    


"Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab"


"Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama"

 

 


Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilmişdir... (Strasburq, 7 May 2008-ci il)

 


Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitaba ön söz


Hörmətli Baş Katib Teri Devis


Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab gərgin əməyin, qətiyyətin və ən əsası dialoqun nəticəsidir. Bu üzv dövlətlər, vətəndaş cəmiyyəti təşkilatları, dini və miqrant icmalar, yerli hakimiyyətlər və bir çox digərləri ilə aparılmış geniş və
uzun müzakirələrdən sonra hazırlanmışdır.
Mədəniyyətlərarası dialoq bizim dövr üçün bir zərurətdir. Müxtəlifliyin və təhlükələrin artdığı dünyada biz sosial bağlılığı möhkəmlətmək və münaqişələrin qarşısını almaq üçün etnik, dini, dil və milli sərhədlər ətrafında danışıqlara ehtiyac
duyuruq. 
Ağ Kitabın əsas məqsədi demokratiya, insan hüquqları və hüquqi qanunlar kimi dünyəvi dəyərlərə aydın şəkildə istinad edilmədən mədəniyyətlərarası dialoqun mümkün olmamasını bildirməkdir.
Ağ Kitab çox yaxşı qəbul edildi, lakin onun nəticələri və təklifləri bütün müvafiq dialoqlarda yerinə yetirilməli və yoxlanmalıdır. Mədəniyyətlərarası dialoq "inkişafda olan iş"in - bu yoldakı yeni addım, yeni sosial və mədəni modelə doğru sürətlə dəyişən Avropaya və eyni zamanda sürətlə dəyişən dünya üçün yaradılmışdır.


Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev


Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və dövlətlər arasında mövcud olan problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı anlaşmanın və hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin
qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün və təhlükəsizliyin təmin olunmasına təkan verir. 
Biz bu istiqamətdə Avropa Şurasının fəaliyyətini, onun üzv dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirir və Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitabın hazırlanmasına və təşviqinə görə təşkilata, bunun ərsəyə gəlməsində
zəhməti olan bütün insanlara dərin minnətdarlığımızı bildiririk.
Qeyd etmək istərdik ki, məhz Ağ kitabda göstərilən məqsəd və vəzifələrdən ilhamlanaraq şərqlə, qərbin, şimalla cənubun kəsişməsində yerləşən Azərbaycan Respublikası Avropa Şurası ilə birgə ilk dəfə 2008-ci il 2-3 dekabr tarixində Bakı şəhərində Avropa və ona qonşu regionaları təmsil edən dövlətlərin iştirakı ilə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Mədəniyyət nazirlərinin konfransı keçirmişdir.
Konfransda qəbul edilən "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi" Ağ kitabda qaldırılan bütün məsələləri dəstəkləyərək onun çərçivəsində müxtəlif sivilizasiya və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi"nin əsasını qoymuşdur.
Əminliklə deyə bilərəm ki, Ağ kitabın Azərbaycan dilinə tərcümə edilməsi ölkəmizin vətəndaşlarının ondan yararlanmasına imkan yaratmaqla yanaşı, xalqımızın tolerant mədəniyyətini daha da inkişaf etməsinə və onun
zənginləşməsinə kömək edəcəkdir.