ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net
Milli Virtual Kitabxananın Təqdimatında
Fikrət Sadıq
"Kəsə sözlər"
Tanınmış istedadlı şairin yeni poetik kitabı...
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 14 (2012)
Virtual Redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2012
Fikrət Sadıq (1930) - Şamaxı şəhərində anadan olub; şair, publisist, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatıdır (1990); Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib (1946). ADU-nun filologiya fakültəsində təhsil alıb; ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı «Gənclik nəğmələri» almanaxında dərc etdirdiyi «Artist» və «Ana əli» şeirləri ilə başlayıb; poetik yaradıcılığında bədii tərcüməylə də məşğul olub; «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və s. onun qələminin bəhrəsidir (1974-1983); Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub (1961-1975); hazırda Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən); Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak edib; Macarıstanda yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980); onlarla şeir və tərcümə kitablarının müəllifidir; Prezidentin fəxri təqaüdçüsüdür.