ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Əmir Xosrov Dəhləvi
"Şirin və Xosrov"
Dahi Nizami Gəncəvinin hind ədəbiyyatındakı davamçısı sayılan böyük şairin klassik məsnəvi janrında ən dəyərli lirik-epik nümunəsi...
Əmir Xosrov Dəhləvi. Şirin və Xosrov. Bakı, “Şərq-Qərb”, 2006, 248 səh.
Əmir Xosrov Dəhləvi - Hindistanın böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur.