Yunus Əmrə. "Əsərləri". Türk Dünyasının görkəmli şairi, orta əsrlər Şərq ədəbiyyatının tanınmış simalarından sayılan Yunis Əmrənin azərbaycancaya çevrilmiş şeirləri...
Yaqub Məğrur. "Qadın - sirli tapmaca..." Şair-publisist Yaqub Məğrurun yeni poetik nümunələrindən, lirik şeirlərindən və poemalardan ibarət elektron kitabı...
Aslan İsmayılov. "Sumgayıt - SSCB'nin Çöküşünün başlangıcı". Türkcə. Türkiye Türkçesine Aktaran: Yrd. Doç. Dr. Elmira Memmedova. 27-29 Şubat 1988 tarihlerinde Azerbaycan’ın Sumgayıt kentinde eski SSCB yönetiminin desteğiyle Ermeni terör grubu tarafından yapılan kanlı sabotaj olaylarına ilişkin soruşturmalarda cumhuriyet savcısı sıfatıyla yer alan kitap.
Sona Xəyal. "Şuşa bayraqdarını gözləyir". AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İRS” komissiyasının sədri, 70-dən artıq kitabın (təlif və tərtib) müəllifi Sona Xəyalın bu kitabında pyeslər, xatirələr, şeirlər toplanmışdır.
Aynurə Paşayeva. "Məni nə vədə Şuşaya yetirərsən?" (Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti haqqında). Gənc araşdırmaçı alim Aynura Paşayevanın bu ilk e-kitabında onun filologiya elmimizdə maraqla qarşılana biləcək elmi araşdırması daxil edilib. Müəllifin yazılarındakı mülahizələri polemikaya səbəb olacaına inanırıq. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
"Ümidlər və arzular". Poetik toplu. Fiziki mıhdüdiyyəti olan 14 şairin şeirlərindən ibarət kitabın elektron variantı. Xalq şairi Fikrət Qocanın ön sözü ilə...
Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi tanınan Mirzə Əbdülxalıq Yusifin "Diriltdi aləmi eşqin nidası" adlı şeirlər kitabı (2002) və şair haqqında "Mirzə Əbdülxalıq Yusif" adlı monoqrafiyamız (2000) nəşr olunub oxuculara çatdırılmışdır. Şairin bu kitabında isə yalnız çap olunan və çap olunmayan qəzəlləri toplanmışdır.
Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun "Seçilmiş əsərləri"nin bu cildində görkəmli nasirin "Mehman" povesti təqdim olunur. Ədib onu 1944-cü ildə qələmə almışdır. Realist-psixoloji üslubda yazılmış əsərdə bölgə prokurorunun həyat və mübarizəsi təsvir olunur. Qanunun aliliyi uğrunda mübarizə - povestin əsas ideyası kimi müəyyən edilə bilər.