Nurəddin Ədiloğlu. "Ömür vağzalı". Povest və hekayələr toplusu. Bu elektron bədii nəsr kitabına tanınmış istedadlı Azərbaycan yazıçı-publisiti Nurəddin Ədiloğlunun maraqlı bədii nəsr nümunələrini – povest və hekayələri toplanıb. “Çağdaş Azərbaycan bədii nəsri” N 06 (07 - 2013)
Dəyanət Osmanlı. «İlk... Və... Son...» (Modern şeirlər toplusu). Çağdaş poeziyamızın tanınmış modern nümayəndəsi Dəyanət Osmanlının son illər qələmə aldığı maraqlı poetik nümunələrdən ibarət yeni kitabı... Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Anar Məcidzadə. “Sevgi yağışları...”. Lirik şeirlər toplusu. Bakı Asiya Unversitetində filologiya ixtisası üzrə ali təhsil alıb. 3 kitabın müəllifidir. Gənc şair-publisist, jurnalist Anar Məcidzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, "Səs" qəzetlərində,"SİA" və "Lent.az" İnformasiya Agentliklərində çalışıb, hazırda Lent.az-ın əməkdaşıdır. Bu toplu gənc şair-publisit və aktiv blogerin lirik və oğqat şeirlərindən ibarət ilk e-kitabıdır...
HüseynağaQəniyev. “Zəkavəxarakter”. Tarixi-fəlsəfi esselər toplusu. İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusuna müəllifin “Zəka və xarakter”, “Nəfs haqqında”, “Fikirazadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman və məkan”, “Platonun “səhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya və inqilablar haqqında”fəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop Çesterfildin “Maksimlər”i, ingilis filosofu Frensis Bekonun “Təcrübələr və mənəvi siyasi nəsihətlər”inin tərcümələri daxil edilib.
Camal Zeynaloğlu. "Nakam məhəbbət". Povest və hekayələr toplusu. İstedadlı Azərbaycan nasiri Camal Zeynaloğlunun maraqlı bədii nəsr nümunələrini – povest və hekayələrini təqdim edirik... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Çağdaş Azərbaycan bədii nəsri” N 05 (03 - 2013)
Гюнель Анаргызы. «Нет, то есть да» (19 рассказ и две пьес). B сборник вошли 19 рассказов и две пьесы, созданные в 2002-2008 годах. Гюнель Анаргызы отметила, что стремилась поднять в своих произведениях интересующие общество актуальные вопросы.
"Təzə Pir məscidi". Müəllifi: Anar İskəndərov, tarix elmləri doktoru, professor. Qafqaz Müsəlmanları İdarəsinin nəşri. Milli-mənəvi abidələrimiz, dini ocaqlarımız, məscidlərimiz...
Topluda klassik və çağdaş aşıqların, saz şairlərinin (habelə bir sıra digər ünlü şairimizin) şeirləri verilmişdir. Növbəti cildlərində bütün Türk Dünyası üzrə aşıq və saz şairlərinin əhatə edilməsi nəzərdə tutulan üçcildliyin I cildində Azərbaycanla yanaşı Anadolu sənətçiləri də yer alıb. "Seçmə aşıq şeirləri"ndə türk aşıq şeirinin tarixi gəlişimini ünlü isimlərin yaradıcılığı misalında xronoloji ardıcıllıqla izləmək mümkündür. Çağdaş türkcəmizə uyğunlaşdırılması tələb olunan mətnlərdə orijinal halın mümkün olduqca qorunmasına çalışılıb. Kitabın yeni nəsil aşıqları, aşıq sənətinə yeni başlayan gənclər, ümumən saz-söz maraqlıları üçün diqqətçəkici olacağına inanırıq.
Sona Xəyal. Əli Kərim (yaradıcılığı əsasında). AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin "İRS" komissiyasının sədri Sona Xəyalın 70-ə yaxın (təlif və tərtib) kitabı nəşr olunub. Növbəti kitabında oxuculara "Müasirlərim" seriyasından Əli Kərim (yaradıılığı əsasında) monoqrafiyası təqdim olunur. Kitab 2006-cü ildə qələmə alınıb.
Rövşən Yerfi. “Üzdəniraq ada”. Detektiv-realit roman. Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.