ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Yeni Yazarlar və Sənətçilər Qurumu təqdim edir.
Milli Virtual Kitabxananın təqdimatında
“Ümumili lider Heydər Əliyev - 90". Virtual kitab sərgisi. N 03 (141 – 2013)
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Ümumili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramı –Kulturoloji Tədbirlər vasitəsilə gənclərdə mütaliəyə marağın artırılması, elektron oxu, e-yazı mədəniyyətinin formalaşdırılması, Azərbaycan kitabının sosial şəbəkələrdə, daxildə və xaricdə təbliği” kulturoloji-kreativ layihə çərçivəsində hazırlanır və yayılır.
Elektron Kitab N 03 (141 – 2013)
Kulturoloji layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi: http://mys.gov.az
Adil Abdulla Əl-Fəlah
"Heydər Əliyev və milli-mənəvi dəyərlər"
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 03 (141 – 2013) .
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Layihə çərçivəsində rəqəmsal nəşrə hazırlanan və yayılan, virtual sərgisi keçirilən digər e-kitablarla burada tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=159
Elmi redaktor: Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor
Rəyçilər: Vasim Məmmədəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Fuad Qasımzadə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Bəkir Nəbiyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Anar İskəndərov, tarix elmləri doktoru, professor
Adil Abdulla Əl-Fəlah. HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR. Bakı, Qismət, 2007, 108 səh. (şəkilli)
A. Əl-Fəlah din sahəsində, fiqh və şəriət məsələlərində tədqiqatçı olduğundan o, müasir Azərbaycan dövlətinin qurucusu H.Əliyev şəxsiyyətinin məhz bu məziyyətlərindən daha çox bəhs edir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, A.Əl-Fəlah bu kitabında Qurani-Kərimin mübarək ayələrini, Peyğəmbər əleyhissəlamın sünnələrini misal gətirməklə, İslam dininin ehkamlarını şərh edir, bu dinin üstünlüklərindən bəhs edir və böyük bir ustalıqla əldə etdiyi nəticələri Ulu Öndər H.Əliyevin Azərbaycanda İslam dininin və İslam əxlaqının bərqərar olması ilə bağlı fəaliyyəti ilə əlaqələndirir.
Müəllif Heydər Əliyevin dahiliyini, onun qloballaşma ilə bağlı fikirlərində də görür. Belə ki, bu böyük insan beynəlxalq miqyaslı düşüncələrində müasirləşməyə xüsusi önəm versə də, bunun milli-mənəvi dəyərlərin, tarixi adət və ənənələrin zəifləməsi hesabına olmasının əleyhinə olmuşdur. H.Əliyevin "Təzə Pir" məscidindəki çıxışında söylədiyi "Dinimiz-mütərəqqi dindir və İslam bunu əsrlər boyu sübut etmişdir; bu dinin ümumbəşəri əhəmiyyəti vardır" fikrini A.Əl-Fəlah, İslamın, guya gerilik əlaməti olduğunu və demokratik ideyalara yol açmadığını deyənlərə dahi rəhbərin qətiyyətli cavabı kimi dəyərləndirir.
Müəllifin fikrincə, H.Əliyev böyük siyasi xadim olmaqla bərabər, həm də güclü analitik təfəkkürə malik olan alim idi; həqiqi demokratiyanı, insan azadlıqlarını və hüquqlarını, bu məfhumlar altında gedən siyasi oyunlardan bacarıqla ayırd edir və yeri gəldikcə, bəzi neqativ təzahürlərlə bağlı narahatlığını da gizlətmirdi. Buna görə də H.Əliyev İslamla müasirlik arasında heç bir ziddiyyət görmür, əksinə müasir dünyanın problemlərini, haqq-ədalət, bərabərlik, insan ləyaqətinə ehtiram kimi islami prinsiplər əsasında həll etməyin mümkünlüyünü hər dəfə vurğulayırdı.