Etibar Kərimli. Şor qırağının rəngli yuxuları. Nəsr əsərləri: povest, hekayə və publisitik əsərlər toplusu. İstedadlı cavan nasirin bu e-kitabı "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində hazırlanıb.
Esmiralda Məmmədova. "Su təchizatı və Meliorativ hidrogeologiya". Ali məktəblər üçün dərslik. Kitab ali məktəblərin "Hidrоgeоlоgiya və mühəndisi geоlоgiya" ixtisaslı bakalavr və magistr hazırlığı üçün, о cümlədən, su təchizatı və meliоrativ hidrоgeоlоgiyanın müxtəlif prоblemləri ilə məşğul оlan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Elnarə Akimova. "Yeni təfəkkür və ədəbi tənqid". "Müstəqillik illərində Azərbaycanda ədəbi tənqid" adlı birinci kitabı 2009-cu ildə çap olunub. Kitabda müasir Azərbaycan ədəbiyyatşünaslığının, tənqidinin və nəzəri-estetik fikrinin problemləri çağdaş təfəkkür işığında təhlil olunur.
E. F. Yusifov, V. C.Hacıyev. "Hirkan Biosfer Rezervatı". Kitabda Biosfer Rezervat konsepsiyası, prinsipləri haqqında, Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir.
Erix Fayql. "Erməni terrorizmin terroru haqqında həqiqətlər - mənbələr və səbəblər". Эрих Файгл. "Правда о терроре армянский терроризм - истоки и причины". Rusca. Известный австрийский ученый Эрик Файгл в своей книге " Правда о терроре: армянский терроризм - истоки и причины " не только разоблачает миф о геноциде, но и вскрывает формы и проявления армянского терроризма, опираясь исключительно на факты и документы...
Eşqanə Babayeva. "Nəcib Fazil Qisakürəyin yaradıcılıq yolu". Monoqrafiya. AMEA Nizami adına Ədəbiyyat İnstitunda filologiya elmləri fəlsəfə doktorluğu üzrə əyani doktorantı olub: akademik Bəkir Nəbiyevin elmi rəhbərliyi ilə "Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə edib. Kitabda XX əsr Türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri, böyük şair, qüdrətli dramaturq, yazıçı, tənqidçi, filosof və publisist Nəcib Fazil Qısakürəyin (1904-1983) ömür yolu, ədəbi mühiti və yaradıcılığının spesifik xüsusiyyətləri sistemli şəkildə təhlil olunmuşdur.
Elman Quliyev. "Türk xalqları ədəbiyyatı" (Ali məktəblər üçün dərslik). Virtual İnternet Resurs Mərkəzinin təqdimatında.“Gənc elektron elm”: 46 (06 - 2014). Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Elxan Süleymanov, Vurğun Süleymanov. "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri". Kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır. Kitabda həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır.
Elşən Bayramzadə. "Amerika prezidentləri". Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin tərcümeyi-halı və onların siyasi fəaliyyətindən bəhs edir. ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və demokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu prinsiplərin pozulması bəzi prezidentlərin impiçmentinə gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmişdir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci şəxslərinin fəaliyyətinə həsr olunmuş, maraqlı faktlar və məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan dilində ilk dəfədir nəşr olunur.
Emile Zola. “Germinal” - Emil Zolya. "Jeriminal". Fransa ədəbiyyatının patriarx nasirindən inqilabi bir roman... Əsər türk dilində tərcümədə verilib...
Elektron Hökumәt Bülleteni" N 6. Elektron Hökumәt Portalı. Vәtәndaş vә dövlәt qurumları münasibәtlәrindә yeni münasibətlər sistemi... E-dövlətimizi inkişaf etdirməklə Azərbaycanın gələcək inkişafına xidmət göstərmiş oluruq...
"Elektron Hökumәt Bülleteni" N 4. Elektron Hökumәt Portalı. Vәtәndaş vә dövlәt qurumları münasibәtlәrindә yeni sәhifә... E-dövlətimizə sahib çıxmaqla biz Azərbaycanın gələcək inkişafını daha da sürətləndiririk...