Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Heydər Əliyev. Elmi miras. E-nəşr. IV Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. “Heydər Əliyev. Elmi miras”: coxcildli toplunun bu yeni - IV cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq yeni nəsil nümayəndələrinin diqqətinə çatdırılır.


Baxış sayı: 376
    
    


    
Heydər Əliyev. Elmi miras. E-nəşr. III Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. “Heydər Əliyev. Elmi miras”: coxcildli toplunun bu yeni - III cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq yeni nəsil nümayəndələrinin diqqətinə çatdırılır.


Baxış sayı: 350
    
    


    
Heydər Əliyev. Əbədi miras. E-nəşr. II Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrin bu cildində də Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 374
    
    


    
Heydər Əliyev. Əbədi miras. E-nəşr. I Cild

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 272
    
    


    
Mehtaplı geceler / Aylı gecələr

Tekin Sevimli

(müəllif)

Qısa Təsvir:

İraq - Kərkük Türkman Eli torpağının istedadlı şairinin şeirlər kitabı: Türkiyə türkcəsində.


Baxış sayı: 236
    
    


    
Kərkükün rüzigarı. 60 məqalə

Şəmsəddin Kuzəçi

(müəllif)

Qısa Təsvir:

Bu kitab İraq - Türkman şairi, yazıçı-jurnalist Dr. Şəmsəddin Küzəçinin 60 illik yubileyi münasibətilə hazırlanmışdır. Şəmsəddin Kuzəçi ixtisasca jurnalistir. O, bu sənətin incəliklərini bilməklə yanaşı jurnalistakaya elmi yanaşmanı təmin etmiş, 2008-ci ildə Ankara “Qazi Universitetinin Radio TV və Kino” ixtisasında “İraq mətbuat tarixi” mövzusunda müdafiə edərək magistr elmi ixtisas dərəcəsi almışdır. İraq mətbuat tarixinə dərindən bələd olduğu üçün yazdığı məqalələri də birbaşa hədəfə dəymişdir.


Baxış sayı: 158
    
    


    
Kəndimizin ilk alimi - Kamal Dadaşov

İltifat Əhmədov

(müəllif)

Qısa Təsvir:

Təcrübəli, peşəkar jurnalist, yazıçı-publisist İltifat Əhmədov sayca beşinci kitabını hazırda Lənkəranda - Aşağı Nüvədi kəndində doğma ata ocağında ömrünün ahıl çağlarını yaşayan, 95 yaşlı, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, şərəfli ömür yoluna, elmi-pedaqoji fəaliyyətinə həsr etmişdir. Kitabda alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki müəllimlik dövrü, elmi ezamiyyətləri, beynəlxalq konfranslarda, simpo ziumlarda çıxışları, ailə üzvləri haqqında məlumatlar və s. professorun öz dilindən nəql edilir. İltifat Əhmədovun bundan əvvəl “İllərin söz çələngi” (2019), “Vətən sənə oğul deyir” (2020), “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) kitabları işıq üzü görmüşdür.


Baxış sayı: 220
    
    


    
Kabuldan əsən külək

Əliyev İlham

(müəllif)

Qısa Təsvir:

“Kabuldan əsən külək” romanı, çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.


Baxış sayı: 260
    
    


    
Heydər Əliyev. Əbədi miras

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan müdrik kəlamları, aforizmləri, tarixi fikirləri verilib, eləcə də Ulu Öndərin ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 212
    
    


    
İstanbul saatı ilə

Həyat Şəmi

(müəllif)

Qısa Təsvir:

Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb. Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər. 


Baxış sayı: 240
    
    


    
Heydər Əliyev. Həyat yolu

Bələdçi

(müəllif)

Qısa Təsvir:

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanmış kitabın elektron variantında Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna işıq salınır. Təqdim olunan elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondununqrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 244
    
    


    
Lənkəranın mətbuat salnaməsi

Etibar Əhədov

(müəllif)

Qısa Təsvir:

İstedadlı müəllifin bu yeni kitabı Lənkəranın mətbuatının yaranma tarixi və inkişaf mərhələləri, media nümayəndələri, çap edilmiş qəzetlər haqqında müfəssəl məlumatlarla zəngindir. Kitabda "Leninçi", "Lənkəranın səsi", "Aşkarlıq", "Söz", "Məşəl" kimi qəzet və dərgilər haqqında maraqlı faktlar verilir.


Baxış sayı: 199