ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
“Tarix”
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Tarix” Kulturoloji-elmi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 16 (01-02 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Elşən Bayramzadə
"Amerika prezidentləri"
Elşən Bayramzadə. Amerika prezidentləri. KitabKlubu. 2012, 248 səh.
Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin tərcümeyi-halı və onların siyasi fəaliyyətindən bəhs edir. ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və demokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu prinsiplərin pozulması bəzi prezidentlərin impiçmentinə gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmişdir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci şəxslərinin fəaliyyətinə həsr olunmuş, maraqlı faktlar və məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 16 (01-02 - 2014)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq.
.
Amerika prezidentləri
Ciddi məsələlərə heç zaman rişxənd etməyin.
Corc Vaşinqton
Mənim vətənim azadlıq olan yerdir.
Tomas Cefferson
Xalqım bir hissəsini həmişə və bütün xalqı bir müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə aldatmaq qeyri-mümkündür.
Avraam Linkoln
Kişinin uduzmağı hələ onun məğlubiyyəti deyil, o, yalnız təslim olanda məğlub olur.
Riçard Nikson