Afaq Şıxlı. “Ömrümün beşinci fəsli”. Bu poetik toplu qürbətdə yaşayan istedadlı şairə Afaq Şıxlının ana dilimizdə beşinci kitabıdır. Burada toplanmış şeirlər həm forma və həm də məzmunca rəngarəngdir. Vətən həsrəti, övlad sevgisi, ana məhəbbəti, şəhidlərimizə ehtiram, ilahi eşq və s. mövzularda şeirlər, eləcə də şairənin qələm dostlarına ithafən yazdığı şeirləri də kitabda yer almışdır. Ümidvarıq ki, A. Şıxlının bu kitabı da oxucuları tərəfindən rəğbətlə qarşılanacaqdır!
Abdulla Faruq-100. Kitab Abdulla Faruqun 100 illik yubileyinə ithafdır. Bu, Azərbaycan Yazıçılar Birliyinin "İRS" komissiyasının "Yüzilliklər" silsiləsindən ikinci kitabıdır. Kitabda şair-publisist Abdulla Faruqun xatirələri və məqalələri, eyni zamanda haqqında xatirə və məqalələr verilmişdir.
Aslan İsmayılov. "Sumgayıt - SSCB'nin Çöküşünün başlangıcı". Türkcə. Türkiye Türkçesine Aktaran: Yrd. Doç. Dr. Elmira Memmedova. 27-29 Şubat 1988 tarihlerinde Azerbaycan’ın Sumgayıt kentinde eski SSCB yönetiminin desteğiyle Ermeni terör grubu tarafından yapılan kanlı sabotaj olaylarına ilişkin soruşturmalarda cumhuriyet savcısı sıfatıyla yer alan kitap.
Afak Şıhlı. "Dostlarım, bana da bahar gönderin" (türkcə). Afaq Şıxlı. "Dostlarım, mənə də bahar göndərin". Türk və Azərbaycan dilində şeirlər kitabı. Gənc yazarın e-kitabı silsiləsindən növbəti e-nəşr.
Ali Ildirimoghlu. "The Glowing Lines". Novel-memoir. Əli İldırımoğlu. "Közərən sətirlər". Xatirə - roman. İngilis dilində... Ali Ildirimoghlu's new novel-memoir "The Glowing Lines" is edifying for grounding on the origin, customs and traditions, moral values of our nation.The novel calls the readers to manhood, nobleness, to protect our national values and not to reconcile with ignorance and imperfection that we face in society.
Azərbaycan Xalq Cumhuriyyəti - 94. "Фaтaли Xaн Хойский." Жизнь и деятельность (Документы и материалы). "Fətəli Xan Xoyski." Həyat və fəaliyyəti (sənəd və materiallar). Rus və azərbaycanca...
Asif Hacılı. "Axısqa türkləri: Vətən bilgisi". Professor A.Hacılının qardaş Türkiyədə işıq üzü görmüş kulturoloji-bədii kitabın elektron variantı. Araşdırma, bədii-poetik mətnlər, etimiloji yazılar, folklor nümunələri... E-kitab N 4
Kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda Prezident cənab Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri tarixi-filoloji planda təhlil edilir, nəhayət, dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920-ci illər) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəssislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
A.N.Abbasbəyli və S.Z.Yusifzadə "Beynəlxalq münasibətlər tarixi". Elmi-monoqrafik dərslikdə Ən qədim dövrlərdən XIX əsrin ortalarına qədərki dövrü tədqiqolunur.