Ağacəfər Həsənli. "İlğım". Poetik toplu: şeirlər və poemalar. Çağdaş Azərbaycan ədəbiyyatınının tanınmış istedadlı nümayəndəsi, şair-publisist, tərcüməçi, Füzulisevər ziyalı Ağacəfər Həsənli poeziyamızda öz dəsti-xətti, poetik nəfəsi olan söz sənətkarlarımızdandır. Bu yeni kitabına şairin son illərdə qələmə aldığı maraqlı poeziya nümunələri - yeni şeirlər və poemaları daxil edilib.
Şirinxanım Kərimbəyli Şadiman. "Tağayım". Poema. Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan şairənin çoxsaylı kitabları işıq üzü görüb, onun haqqında əsərlər, məqalələr yazılıb. Bu kitabında şairə doğulduğu doğma kəndinə - Tağayıma həsr etdiyi poemasıyla oxucularının görüşünə gəlir.
Ruzbeh Məmməd. "365 gün". Poetik toplu. R.Məmməd iki kitabın müəllifidir. Müxtəlif mətbuat orqanlarında şerləri çap olunmuşdur. Kitaba gənc şairin oxunaqlı poetik əsərləri daxil edilib.
Ramiz Quliyev. "Yerquruluşu. Yerquruluşunun elmi əsasları". I cild. Dərslik "AT050000-Yerquruluşu və torpaq kadastrı" istiqaməti üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdə torpaq haqqında müasir təlim açıqlanır, torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin elmi - metodiki əsasları verilir, Azərbaycanda torpaq münasibətlərinin formalaşması tarixinə ekskurs edilir, bu münasibətlərin inkişaf perspektivləri müəyyənləşdirilir.
"Etiraf". (Dərc olunmamış yazıya giriş). Mən necə imana gəldim... Dünya və rus ədəbiyyaının tanınmış nümayəndəsi qraf Lev Tolstoyun avtoqrafik, dini-fəlsəfi əsəri.
Məcnun Göyçəli. Dərələyəz harayı. Poetik toplu. Kitaba tanınmış Azərbaycan şairi Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan ictimai-poetik əsərləri, eyni adlı poeması daxil edilib.
İntiqam Yaşar. "İlk görüş". Poetik toplu. Kitabda ən son ədəbi nəslin istedadlı nümayəndələrindən biri hesab olunan İntiqam Yaşarın qələməaldığı maraqlı - oxunaqlı poetik-lirik əsərləri toplanıb.
Gülxani Pənah, Tural Məzahiroğlu. "Azərbaycan ədəbiyyatında detektiv janrı" (Çingiz Abdullayevin yaradıcılığı əsasında). Filoloji araşdırma. Qərb ədəbiyyatında geniş inkişaf etmiş detektiv janrının incəliklərindən bəhs edən filoloji tədqiqat əsəri.
Tural Əmirxan. "İlkin yanğınsöndürmə vasitələri" (Şəkillərlə təlimat). lkin yanğınsöndürmə vasitələri müəssisələrin əməkdaşlarının, yanğından mühafizə bölmələrinin şəxsi heyətinin və digər şəxslərin yanğınlarla mübarizəsi məqsədi üçün nəzərdə tutulmuşdur. İlkin yanğınsöndürmə vasitələri müvcud olduğu yerdə bir nəfərin istifadəsini təmin etməlidir.
Camal Zeynaloğlu. "Qarabağ dərdi - erməni vandalizmi". (Tarixi həqiqətlər, faktlar...) Sənədli-bədii kitab. Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on ikinci görüşüdür. Kitabda müəllifin Qarabağ savaşına həsr olunmuş sənədli povesti, hekayələri, məqalələri, ayrı-ayrı tanınmış yazarların Qarabağ haqqındakı yazıları, Dağlıq Qarabağın tarixi, Xocalı soyqırımına dair tarixi həqiqətlər, faktlar, Xocalı şahidlərinin ifadələri və qandondurucu şəkillər verilib. Burada eyni zamanda Birinci Dünya müharibəsi dövründə erməniləri hər vasitə ilə himayə və müdafiə edən rusların onları türklərə qarşı necə silahlandırmasından, törətdikləri kütləvi qırğından, terrordan, erməni vandalizmindən söhbət açılır və dünyadakı erməni terror təşkilatlarının adları açıqlanır...
Nurəddin Ədiloğlu. "Azərnur". Roman. Oxuculara 20 il sonra təkrar təqdim olunan bu əsər qədim zamanlardan bəhs etsə də, indiki dövürlə tam səsləşir. Burada insanın özündənkənar baş verən hadisələrin onun mənəvi dünyası ilə ruhi və məntiqi bağlılığı təsvir olunur. Müəllifin yaradıcılığının ana xəttini təşkil edən bəşərin taleyi, ətraf mühütə münasibət, vətənə sevgi, cahanda sülh, eyni zamanda yabançı təsir-lərdən getdikcə mənəviyyatına çat düşən insanın daxili dünyası, fikir və dü-şüncələri, köhnə və yeni gerçəkliklər romanda obrazlı şəkildə, həm də magik realizm üslubu ilə əks etdirilir.
Fyodor Mixayloviç Dostoyevski. "Seçilmiş əsərləri". Üç cilddə. II Cild. "İdiot" romanı. Dünya ədəbiyyatının kassiki, Rusiya qızıl dövr söz sənəti ustadının azərbaycanca kitabı