"Struktur dilçiliyin əsasları". Morfemika sintaqramatika . Kitabda morfemika və sintaqmatika bir neçə dilin materialı əsasında tədqiq olunur, ayrı-ayrı dilçilik məktəblərinin əsas nəzəriyyələri açılıb göstərilir, morfem və sintaktik konstruksiyalar sahəsində son elmi araşdırmalar çoxsaylı nümunələr əsasında izah olunur. Dünya dilçiliyinə töhfə vermiş V. fon Humboldt və N.Xomskiyə ayrıca fəsillər həsr edilmişdir.
"Milli zəka". Elmi-publisistik dərginin I sayı. Nəşrdə müxtəlif imza sahiblərinin - yazıçı, şair, alim, publisist və başqalarının məqalələri, araşdırmaları yer alıb...
Ağami Bağırlı. "Vətən". Poetik toplu. Bu kitab Ağami Bağırlının çapdan çıxmış dördüncü kitabıdır: demək olar ki, əksər yaradıcılıq nümunələri bura daxil edilib.A.Bağırlının bədii dilinin aydın və səmimi, mövzu dairəsinin genişliyi və zənginliyi kitabın oxucu rəğbəti qazanacağına inamlı əsas verir.
Lev Nikolayeviç Tolstoy. "Seçilmiş əsərləri". Klassik dünya ədəbiyyatı seriyasına daxil olan bu kitaba dahi rus ədibinin avtobioqrafik səciyyəli trilogiyası - "Uşaqlıq", "İlk gənclik", "Gənclik" ilə yanaşı, "Kazaklar" və "Hacı Murad" povestləri də daxil edilmişdir.
Güləmil Murad. "Dağlarda şəhid səsi". Poetik toplu. Azərbaycan ədəbiyyatınının istedadlı nümayəndəsi, şair-publisist Güləmail Muradın bu yeni kitabına son illərdə qələmə aldığı maraqlı poeziya nümunələri - yeni şeirlər və poemaları daxil edilib.
Qismət. "Meqapolis hüznləri". Modern şeirlər toplusu. Bu kitaba çağdaş ədəbiyyatımızın parlaq imza sahbi, intellektual poeziyamızın istedadlı nümayəndəsi, gənc şair Qismətin son illərdə qələmə aldığı modern və postmodern poetik əsərlərdən nümunələr toplanıb.
Əvəz Qurbanlı. "Canlı dirəklər". Hərbi-vətənpərvərlik romanı. Bu kitaba gənc satirik şairin ilk irihəcmli bədii nəsr nümunəsi - romanı daxil edilib. “Gənc yazarların ilk e-kitabı”: Elektron Kitab N 09 (65 - 2015)
Ağami Bağırlı. (Ağami Ağa oğlu Bağırov). "Xuta birom bə tati" (Bayatılar, tapmacalar, atalar sözləri, Azərbaycan şairlərindən çevrilmiş şeirlər). Tat dilində. Bu kitab Ağami Bağırlının çapdan çıxmış üçüncü kitabıdır. Tat dilinin şirinliyi və zənginliyi kitabdakı hər bir qələm nümunəsində diqqəti cəlb etməkdədir. Müəllif bu dilə olan bağlılığını göstərməyə çalışmış və buna nail ola bilmişdir. Kitab azsaylı xalqların tarixi və mədəniyyəti ilə maraqlanan mütəxəssislər üçün də gözəl mənbə sayıla bilər.
Azad Nəbiyev. "Azərbaycan xalq ədəbiyyatı". Orta əsr və yeni dövr folklor yaradıcılığı.İki cilddə. I kitab. (Ali məktəb tələbələri üçün dərslik). Ədəbiyyatşünas alim, f.e.d., professor Azad Nəbiyevin bu elmi-filoloji kitabında Azərbaycan xalq ədəbiyyatının müxtəlif məsələləri araşdırılır. Kitab vaxtilə ali məktəb tələbələri üçün dərslik kimi yazılsa da, bu sahədə ana dilimizdə işıq üzü görən sanballı elmi əsərlərdən biri hesab olunur.
Azad Nəbiyev. "Azərbaycan xalq ədəbiyyatı". İki cilddə. I kitab. (Ali məktəb tələbələri üçün dərslik). Ədəbiyyatşünas alim, f.e.d., professor Azad Nəbiyevin bu elmi-filoloji kitabında Azərbaycan xalq ədəbiyyatının müxtəlif məsələləri araşdırılır. Kitab vaxtilə ali məktəb tələbələri üçün dərslik kimi yazılsa da, bu sahədə ana dilimizdə işıq üzü görən sanballı elmi əsərlərdən biri hesab olunur.
Ağamusa Axundov. "Ümumi dilçilik". Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları. (Ali məktəb tələbələri üçün dərslik). Akademik, dilçi-alim Ağamusa Axundovun bu fundamental filoloji kitabında ümumi dilçiliyin tarixi, nəzəriyyəsi və metodları, eləcə də milli dilçilik məsələləri araşdırılır. Kitab vaxtilə ali məktəb tələbələri üçün dərslik kimi yazılsa da, bu sahədə ana dilimizdə işıq üzü görən sanballı elmi əsərlərdən biri sayılır.
Yusif Nazim. "Şou dünya". Poetik toplu. Kitaba gənc şairin oxunaqlı poetik əsərləri - satiralar, sevgi vә digәr mövzularda yazılmış şeirlәr aforizmlәr daxil edilib. Bu kitab cәmiyyәtdәki “gözәllik”lәrә güzgü tutan satirik şeirlәrdәn, sevgi vә digәr mövzularda yazılmış nәzmlәrdәn vә müәllifin dünyaya indiki baxış tәrzini әks etdirәn aforizmlәrindәn ibarәtdir.