
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Gənc yazarların ilk e-kitabı”: Elektron Kitab N 10 (66 - 2015)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Gənc yazarların ilk e-kitabı” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Qismət
Meqapolis hüznləri
Modern şeirlər toplusu
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu kitaba çağdaş ədəbiyyatımızın parlaq imza sahbi, intellektual poeziyamızın istedadlı nümayəndəsi, gənc şair Qismətin son illərdə qələmə aldığı modern və postmodern poetik əsərlərdən nümunələr toplanıb.
Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Bakının yeni kodlarını, şifrələrini nişan verir. Böyük şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpürgəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.
Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənhalaşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.
Kitabda müəllifin forma baxımından eksperimental və vizual şeirləri də yer alıb.
Bakı, "Qanun Nəşriyyatı", 2011, 168 səhifə. 1000 tiraj.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.