"Ərzaq və qeyri-ərzaq malları ticarətinin təşkili və reklam işi". Müəlliflər: Kamilə Kərimova, Sahilə Qulubəyli. İlk peşə-ixtisas sahəsinə aid bu dərslik ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və müəllimləri üçün nəzərdə tutulmuşdur.
Gülxani Pənah, Salatın Əhmədli. "Azərbaycan ədəbiyyatı məsələləri" (Müasir ədəbi mühitə ümumi baxış). Kitab ali məktəb tələbələri, magistrlar, tədqiqatçılar, ədəbiyyatşünaslar üçün nəzərdə tutulmuşdur.
Teymur Cəbrayılov. "Uşaq xoru üçün mahnılar". Birinci cild. Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur.
Teymur Cəbrayılov. "Uşaq xoru üçün mahnılar". İkinci cild. Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur.
Zəki Kazımzadə. "Elektrotexnikanın nəzəri əsasları". Kitab ali texnki məktəblərin ixtisas fakultələrinin "Nəzəri elektrotexnika" proqramına uyğun olaraq tərtib edilmişdir.
Süleyman Hüseynov. "Nitq mədəniyyəti". Dərslik. Bu dərslik ali məktəblərin bakalavr üzrə tələbələri üçün nəzərdə tutulub. Dərslikdə nitq mədənityyəti, onun tarixi, nəzəriyyəsi, praktik tərəfləri haqqında müxtəsər bilgilər verilir.
"Azərbaycanca-rusca" danışıq vəsaiti. Hazırlayanı: Ariz Qədirli. Azərbaycan və rus dillərində ilkin ünsiyyət saxlamaq üçün maraqlı danışıq vəsaitidir. Rus dili ilə maraqlananlar, rus dilini tezliklə öyrənmək istəyənlər üçün nəzərdə tutulub.
Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Əsərdə orta əsrlərdə Azərbaycan mədəniyyətinin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, milli mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır. Orta əsrlərin Azərbaycan mədəniyyət faktları dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji prosesləri kontekstində tədqiq olunur.
Adilə Nəzərova. Fəlsəfə terminlərinin izahlı lüğəti. Lüğətdə Azərbaycan dilində işlənən fəlsəfi termin və termin-söz birləşmələrinin geniş şəkildə izahı verilmişdir. Lüğət tələbələrin, müəllimlərin, tədqiqatçıların tərcüməçilərin və fəlsəfə ilə maraqlanan oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Günay Səma Şirvan. "Tanrının hekayəsi". Bu kitab gənc şairənin "Ayrılan yolların nəğməsi"ndən (Bakı-2013) sonra oxucularla ikinci görüşüdür. Kitabda şairin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanmışdır.
Təranə Abdullayeva. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri (XX əsrin əvvəlləri). Kitabda XX əsrin əvvəlləri mədəni fikriimizdəki qərbçilik meyilləri dövrün mətbuatda çap olunmuş, orijinal ədəbi-publisistik əsərlər əsasında tədqiq olunur.
Bakı Beynəlxalq Humanitar Forum-2013 (2). Materialları. Baku International Humanitarian Forum - 2013 (2). Materials of the Forum. Бакинский международный гуманитарный Форум - 2013 (2). Материалы Форума