
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana
www.elmler.net - Elektron təhsil – Virtual İnternet Resurs Mərkəzi
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması”. Elektron kitab N 13-71 (55- 2015)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi “Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” innovativ-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
Teymur Cəbrayılov
"Uşaq xoru üçün mahnılar"
İkinci cild
Teymur Cəbrayılov yorulmadan yaradıcılıqla da məşğul olur. Azərbaycanın zəngin xalq musiqisinə dərindən bələd olan Teymur Cəbrayılov bir çox xalq mahnı və rəqslərini xor üçün işləmiş və geniş dinləyici kütləsinə təqdim etmişdir. "Aman ovçu", "Ay dili-dili", "Səndən mənə yar olmaz", "Qalalıyam", "Qara qaşın vəsməsi", "Qoy gülüm gəlsin" kimi mahnılar, "Uzundərə", "Nəlbəki", "Kintovari", "Bakı", "Maralı", "Darçını", "Şalaxo" və s. xalq rəqslərinin aranjimanı məhz onun qələminin məhsuludur.
Teymur Cəbrayılov yaradıcılığında dünya klassik musiqi ədəbiyyatına da dəfələrlə müraciət etmişdir.
Dünya klassikləri sayılan Lüdviq Van Bethovenin "Ay sonatası", Frans Şubertin "Ave Mariya" əsəri, Volfqanq Amadey Motsartın "Türk marşı", Montinin "Çardaş", italyan mahnıları "Camayka", "Bella çao" və s. bu kimi əsərlər də Teymur Cəbrayılov tərəfindən xor üçün işlənmişdir.
Öz sənətinin vurğunu olan Teymur Cəbrayılov bir bəstəkar kimi də fəaliyyət göstərərək gözəl xor əsərləri yaratmışdır. Vətənə, xalqa, ana torpağa olan tükənməz sevgi və ona bağlılıq hissi ilə bəstələnmiş "Ey Vətən", "Mənim Bakım", "Ana və dəniz" (vokaliz ifa üçün), "Müqəddəslər yaşayırlar" (görkəmli oftalmoloq Zərifə Əli ye vaya həsr olunmuşdur) və digər əsərləri ilə o, doğma Azərbaycanla qırılmaz tellərlə bağlı olduğunu sübut etmişdir.
Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur. Bu mahnılardan üçü doğma Azərbaycanımızı bütün dünyada ən yüksək səviyyədə təmsil edən üç böyük şəxsiyyətə ithaf olunmuşdur. Birinci mahnı - "Ürəklərdə yaşayırsan" həmişəyaşar mərhum Prezidentimiz, ulu öndər Heydər Əliyevə, ikinci mahnı - "El oğlu" onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə, üçüncü mahnı - "Adınla ucal" Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur. Məcmuədə yer alan və dördüncü -
"Şuşam" adlanan mahnı isə vətənimizin ən dilbər guşəsi olan qədim şəhərimizin təsvirinə həsr olunmuş və görkəmli bəstəkar mərhum Süleyman Ələsgərovun əziz xatirəsinə ithaf olunmuşdur. Hər bir mahnı ecazkar, həzin, yaddaqalan melodiyası, şəffaf və ahəngdar harmoniyası, dərin məzmunu və parlaq müşayiət partiyası ilə fərqlənir. Musiqinin bütün ifadə vasitələrindən ustalıqla istifadə edən bəstəkar hər üç obrazın təcəssümünü və eləcə də doğma Şuşamızın füsunkar təbiətini ən yüksək səviyyədə tərənnüm etməyə nail olmuşdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2289
Sosial şəbəkələrdə elektron təhsilin təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs yaradıldı: https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.