ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği". Elektron kitab N 09-28 (47 - 2015)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" kreativ-innovativ layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
Təranə Abdullayeva
Azərbaycan ədəbi fikrində qərbçilik meylləri
(XX əsrin əvvəlləri)
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Təranə Abdullayeva. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri. (XX əsrin əvvəlləri). Bakı, "AVROPA", 2014, 152 səh.
Kitabda XX əsrin əvvəlləri Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri dövrün mətbuat orqanlarında çap olunmuş, orijinal ədəbi-publisistik əsərlər əsasında tədqiq olunur. Bu meyillərin ictimai-siyasi və tarixi-mədəni köklərinə, ədəbi-estetik prinsiplərinə aydınlıq gətirilir. XX əsrin əvvəllərində Rusiya və Qərb mədəniyyətinə üz tutan ədəbi cərəyanların, mətbu orqanların, ayrı-ayrı şair, yazıçı və publisistlərin çevrəsi müəyyənləşdirilir, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu və Yusif Vəzir Çəmənzəminlinin qərbçilik görüşlərinə və islami dəyərlərə münasibətinə daha ətraflı toxunulur.
XX əsrin əvvəllərində tənqidi realizm və romantizm ədəbi cərəyanları, maarifçilik ideyaları Qərblə müqayisədə təhlil edilir, Qərb mədəniyyətinin mənimsənilməsində tərcümə əsas vasitələrdən biri kimi nəzərdən keçirilir. Müasir Azərbaycan mədəniyyətinin Avropa və dünya mədəniyyətinə inteqrasiya olunma-sında XX əsrin əvvəllərindəki qərbçilik meyillərinin obyektiv elmi qiyməti verilir.
"Azərbaycan multikurtural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2288
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.