Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə dramaturgiyası: Pyeslər və kinossenarilər. E-antologiya. Son illər müxtəlif nəsil yazarlar tərəfindən qələmə alınan və səhnələşdirilən dram əsərləri, kinossenarilər toplanıb.
Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə bədii nəsri: Romanlar və povestlər. E-antologiya. Milli ədəbiyyatımızın tanınmış nümayəndələrinin əsərlərindən ibarət elektron toplu.
Niyaz Niftiyev. “Mətbuatda multikulturalizm”. Elmi əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər əsasında ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.
Leyla Əliyeva. "Poeziya". Poetik toplu. Mahir Qabiloğlunun ruscadan tərcüməsində. Kitaba şairə Leyla İlham qızı Əliyevanın müxtəlif illərdə yazdığı 55 şeri daxil edilmişdir. Şeirləri ruscadan dilimizə çevirən və kitab halında çıxmasının təşəbbüskarı yazıçı-publisist Mahir Qabiloğludur.
Coşğun Qarabulud. "Hardan haraya". Coşkun Karabulut. "Nerden nereye". Poetik toplu. Türkiyədə yaşayıb-yaradan, əslən Şəkidən olan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya” şeirlər kitabı onun Azərbaycan oxucuları ilə ilk görüşüdür. Fəlsəfi düşüncələrə, sətiraltı incə yumora köklənən şeirlərin oxucuların marağına səbəb olacağına inanırıq.
Paşa Yaqub. "Məhəbbət ili". Elmi-publisitk kitab. “Məhəbbət ili”kitabında müəllif 2016-çı ilin astronomik hadisələrindən və onların yerə təsirindən bəhs edir. Kitabda həmçinin, kimya, fizika, anatomiya, biologiya, astronomiya, daktiloskopiyya, kibernetka və informatika elmlərinin bugünədək gizli qalan məqamları araşdırılır, onların məişətimizə, həyatımıza təsirindən söhbət açılır. Eləcə də, son dövrlər baş verən müəmmalı təyyarə, qatar və enerji qəzalarının Günəş və Ay tutlmaları ilə əlaqəsini sübut edən hesablamalar və cədvəllər təqdim olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"Bölgələrdən səslər". Azərbaycanın çağdaş ədəbiyyat toplusu. Azərbaycan Respublikasının bölgələrində yaşayan gənc yazarların şeir, hekayə və esselərindən ibarət toplu...
Mina Rəşid. “Böyüklər bizə baxsın”. Balaca oxucular üçün poeziya toplusu. Kitab müəllifin oxucularla üçüncü görüşüdür. Onun “Könlümün sarı simi” və “Baxmaqla görmək ayrıdır” adlı kitablarından fərqli olaraq bu nəşr uşaqlar üçün nəzərdə tutulub. Bu şeirlərdə uşaq dünyasının şirinliyi, balalarımızın Vətənə, yurda, doğma Qarabağa incə məhəbbəti tərənnüm edilib.