Rüfət Kasumov. "Beynəlxalq turizm bazarı". Monoqrafiya. “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihə çərçivəsində yayımlanan bu monoqrafiyada beynəlxalq turizm bazarı araşdırılır.
Əli Cabbarov. "Turizmin iqtisadi əsasları". Ali məktəblər üçün dərs vəsaiti. Dərs vəsaitində bir sahibkarlıq sahəsi kimi turizm bazarının xüsusiyyətləri, xüsusi növ turizm sahibkarlığının yaradılmasının əhəmiyyəti və dayanıqlı turizmin mahiyyətinə geniş yer verilir.
"Turizm bazarı". Araşdırma. Kitabda dünyada turizm xidmət sahələrinin bazarı, onun istiqamətləri, dünya miqyasında lider mövqelərdə durman turist ölkələrinin bu sahələri tədqiq edilir.
Feyzə Əlimuradova. "Turizmin inkişafının əsas istiqamətləri". Dissertasiya. Kitabda qloballasan dünyada inteqrasiya siyasətini prioritet seçmis Azərbaycan Respulikası digər sahələrdə oldugu kimi turizm xidmət sahəsində də dünya miqyasında lider mövqelərdə durmagı hədəf qəbul etməsindən bəhs edilir.
Aydın Xan Əbilov. "Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri". İntellektual-kultoroloji araşdırmalar. Yazıçı-kulturoloq, YYSİB-nin sədri, kitabxana.net resursunun yaradıcısı Aydın Xan Əbilovun kulturologiya, mədəniyyət, mədəni turizm, humanitar sahələrə aid kitabı
S.A.Məmmədov, H.B.Sultanova, S.H.Rəhimov. "Beynəlxalq turizmin coğrafiyası". Dərslik vəsaiti. Dərslik Azərbaycan Respublikası Turizm Nazirliyi tərəfindən ali məktəblərin uyğun ixtisas üzrə tələbələri üçün tövsiyyə olunub.
İlqar Hüseynov, Nigar Əfəndiyeva. "Turizmin əsasları". Elmi dərslik.. Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Peter Leniy. "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi". Araşdırma, azərbaycanca tərcümə. Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub. Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.
Elvin Talışinski. "Müasir informasiya savaşı və Azərbaycan". Elmi araşdırma (rusca). Эльвин Талышинский. "Современные информационные войны и Азербайджан".
"Çağdaş Azərbaycan realist, modern, postmodern, şəbəkə ədəbi cərəyanına aid imza sahiblərinin ədəbi söhbətləri, yazıları". I - II - III cildlər. E-antologiya. "Ən yeni Azərbaycan tənqidi-filoloji materiallar" (üç cilddə) e-antologiyasında son illər müxtəlif nəsil Azərbaycan araşdırmaçıları tərəfindən qələmə alınan humanitar-kulturoloji düşüncə məhsullarıyer alıb. Azərbaycan ədəbi-tənqidi, filoloji-estetik düşüncə texnologiyasına, müxtəlif sənət - bədii-fəlsəfi cərəyanına aid tanınmış imza sahiblərinin yazıları...
Çağdaş Azərbaycan realist, modern, postmodern, şəbəkə essesi, publisitikası, elmi-filoloji düşüncəsi. I – II – II cilddə. E-antologiyada son illər müxtəlif nəsil Azərbaycan araşdırmaçıları tərəfindən qələmə alınan dünya humanitar-kulturoloji düşüncəsinin ən çox mübahisəli probleminə - modernizm və postmodernizm məsələlərinə həsr edilib.