Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Peter Leniy. "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi". Araşdırma, azərbaycanca tərcümə. Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılm

Müəllif:

Bələdçi


Kateqoriya:

Kreativ Turizm Mərkəzi



Qısa Təsvir:

Peter Leniy. "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi". Araşdırma, azərbaycanca tərcümə. Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub. Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.


Baxış sayı: 625
    
    


www.kitabxana.net         

    

Milli Virtual-Elektron Kitabxananın və

 “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında


  “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihə. 

Elektron Kitab N 45  (02 2017)

  Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən, - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 


“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi:

https://www.facebook.com/sabitlik/?fref=ts

www.inktv.az

 

 “Mədəni turizmin inkişafında intellektual təşəbbüslərin dəstəklənməsi” kreativ layihəsi çərçivəsində rəsmi Feysbuk səhifəsi burada


https://www.facebook.com/virtualturizmmerkezi/?fref=ts


Peter Leniy


"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi"


Araşdırma, azərbaycanca tərcümə


 Bakı - 2017

 

Kitab SİMİB tərəfindən e-nəşrə hazırlanıb

 Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


30 ƏN YAXŞI YENİDƏNQURMA NÜMUNƏSİNİ ƏKS ETDİRƏN VƏSAİT ŞƏRQ TƏRƏFDAŞLIĞININ DİLLƏRİNƏ TƏRCÜMƏ OLUNUB


"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabı Aİ və "Şərq Tərəfdaşlığı"nın "Mədəniyyət və Yaradıcılıq" Proqramı çərçivəsində altı ölkənin (Azərbaycan, Belorus, Gürcüstan, Rumıniya, Ukrayna) dilinə tərcümə edilib. Kitabda şəhər mühitinin yenilənməsi təşəbbüsləri və mədəniyyət fəallarının layihələrinə nümunə olaraq əksəriyyəti Avropada olmaqla, 30 mədəniyyət məkanına nəzər salınır.
Kitabın müəllifi Peter Leniy (Peter Lényi) öz araşdırmalarına 2011-ci ildə Budapeştdə başlayıb və həmin andan etibarən 123 mədəni mərkəzin yaradılması haqqında məlumat toplayıb. Kitabdakı məqalələr yerli sakinlərin yararlana biləcəyi bu cür yerlərin təmiri və yenilənməsi ilə bağlı çətinliklərə, habelə onların üstünlüklərinə həsr olunub. Kitabda həm memarlar, həm də digər mütəxəssislər üçün faydalı olacaq müsahibələr, rəsmlər və diaqramlar yer alır.
Nəşr forması aydın və anlaşılandır və müəllif oxuculara kitab haqqında öz fikirlərini formalaşdırmaq imkanı verir. Peter ön sözdə yazır: "Məlumat ehtiyatla, hətta demək olar ki, danışıq dili ilə verilir. Kitabda artıq heç bir məlumat verilmir. Başa düşmək üçün bəzən rəsm, bəzən də mətn əhəmiyyət daşıyır. Kitabı yazarkən qarşıma qoyduğum məqsəd dünyanı gördüyüm kimi - mətni hansısa üslubun çərçivəsinə salmadan və öz fikrimi bildirmədən - mümkün təfsir və tətbiq sahələrini daraltmadan təsvir etmək idi".
Kitabda maliyyələşmə üsullarına, dəyərinə, müddətinə və yerinə görə bir-birindən fərqlənən nümunələrə rast gələcəksiniz. Məsələn, Lodzda yerləşən "Art Factory" mərkəzi biznes-model qurulması təcrübəsini bölüşüb. Layihə müəllifləri mədəniyyətlə əlaqəsi olmayan sektorlardan iqtisadi və inzibati iş prinsiplərini götürüblər. Onların məqsədi iqtisadi və sosial dəyər yaratmaqdan, habelə "qrantyeyənlər" arasına düşməməkdən ibarət idi. Siz həmçinin bir çox mədəni mərkəzlər üçün nadir yerlərdən istifadə edilməsinə nümunələrə rast gələcəksiniz. Məsələn, hələ də bir başa təyinatını yerinə yetirsə də, rəssamlıq mərkəzi kimi fəaliyyət göstərən Slovakiya dəmiryolu stansiyası haqqında və ya Budapeştdə gəmidə yerləşən konsert zalı haqqında hekayə.
"Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabını saytımızdan yükləyə və ya yaxın gələcəkdə əlaqələndiricilərimizə çap nüsxəsini sifariş verə bilərsiniz.

https://www.culturepartnership.eu/az/article/learn-best-rennovation-projects 


DİQQƏT


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.