Aydan Bagırlı. “Azərbaycanda turizmin inkisafında kommersiya münasibətlərinin formalasması problemləri”. Elmi araşdırmada kreativ turizmə dair dəyərli mülahizələr yer alır...
"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair" Strateji Yol Xəritəsi. Mətn. Elmi-kütləvi nəşr. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Camal Zeynaloğlu. "Ömrün qızıl payızı..." Kitab tanınmış yazıçı-publisist, tərcüməçi, AYB və AJB-nin üzvü Camal Zeynaloğlunun 60 illik yubileyinə həsr olunur. Kitabda yazıçının xatirələri, dostları və tanışlarının ürək sözləri, müəllimlik fəaliyyəti, habelə, həmkarlarının, qələm sahiblərinin, tədqiqatçı alimlərin onun yaradıcılığı haqqında fikirləri işıqlandırılır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Güləmail Murad. "Qəhrəmanlıq yüksəkliyi". Ədəbi-bədii publisitika: esselər və şeirlər. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunur. Bu kitab müəllifin indiyədək çap olunmuş iyirminci kitabıdır.
Elnarə Akimova. “Çağdaş poeziya və ədəbi təmayüllər”. Poeziya haqqında elmi araşdırma. Monoqrafiya. İstedadlı filoloq, tənqidçi-alimin dəyərli elmi kitabı...
Nərgiz Quliyeva. "Etnoqrafiya və etnologiya". Elmi nəşr - dərs vəsaiti. Turizm təhsili alan və bu sahədə alternativ metodlarla bilgilərini artırmaq istəyən şəxslər üşün elmi vəsait: kreativ - mədəni turizm həm də xaricilərə xalqı tanııdılmalıdır.
Famil Öməroğlu. "Bir yalan, bir doğru". Poetik toplu. Kitab gənc müəllifin oxucularla ilk görüşüdür: şairin dünya, zaman, həyat və sevgi haqqında lirik-poetik fikirləri öz əksini tapır. Kitabdakı rəsmlər müəllifin özü tərəfindən çəkilmişdir. Ayrı-ayrılıqda, sonrasında gələn mövzunu ifadə etsə də, ümumilikdə kitabı əhatələyir.
Natalya Xarlampyeva . "Mənim rəfiqəm aprel". Poetik tərcümə - şeirlər kitabı. Saxa (Yakutiya) Respublikasının Xalq şairi Natalya xanım Xarlampyevanın Azərbaycanda ilk dəfə çıxan kitabında rusca və ingiliscə seçmə şeirləri tanınmış azərbaycanlı şair-tərcüməçilər tərəfindən dilimizə çevrilib...
"Avesta". Seçilmiş himnlər. Avesta dilindən tərcümə edən və şərhlərin müəllifi: prof. İ.M. Steblin-Komenski. Rus dilindən tərcümə edən: Xanlar Həmid. Səmavi Kitablarının ilki sayılan Müqəddəs "Avesta" himnlərnin azərbaycancaya poetik tərcüməsi. Kitaba ilk dəfə tam şəkildə Azərbaycan di linə poetik tərcümə olunan seçilmiş «Avesta Yəştləri» daxil edilib. «Avesta» zərdüştiliyin müqəddəs kitabıdır. «Yəştlər»də zərdüştiliyin mənşəyi, onun təlimi, Ali Tanrı – Ahura Mazdaya inancın erkən dövrü və tarixi haqqında məlumat tapmaq mümkündür.
Zaur Ustac. "Əliş və anna" (Poema). Poema görkəmli memar şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.
Oğuz Özdem. "Anne N’olur Artık Ağlama!". Türkçe. Oğuz Özdəm. "Ana, nə olar, ağlama!". Ədəbi-bədii nəsr kitabı. Türk dilində. Nevşehir, mart 2017-ci il nəşri.