Zəlimxan Yaqub. “Peyğəmbər”. Poema - Məsnəvi. İran - Güney Azərbaycandan. Azərbaycan əski ərəbsı ilə işləyəni şair-mütərcim Səxavət İzzəti. Xalq şairi Zəlimxan Yaqubun 2009-cu ildə qələmə aldığı və İslam Peyğəmbəri Məhəmmədin şərəfli ömür - iman yoluna həsr olunmuş unikal məsnəvi İrandakı 35 milyonluq dünya azərbaycanlı oxucularına ərməğan saymaq olar.
Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını, əsasən, İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamil - Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxoloji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi tanınır.
“Ədəbi körpü”. VIII sayı. İran - Güney Azərbaycandan. Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifba ilə. Müştərək aylıq ədəbi elektron dərginin növbəti - 8-ci sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur. İran - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və müştərək aylıq ədəbi elektron dərginin növbəti - 8-ci sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur.
“Gənc qırğız şeiri antologiyası”nın Bakıda, Azərbaycan və qırğızca işıq üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qırğızıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir. “Yeni qırğız şeiri antologiyası” 35 gənc qırğız şairinin şeirlərini Azərbaycan oxucusuna çatdırır.
Günay Səma Şirvan. “Tanrının hekayəsi”. Bu kitab Rusiyada yazıb-yaradan Günay Səma Şirvanın “Ayrılan yolların nəğməsi”ndən sonra oxucularla ikinci görüşüdür. Kitabda şairin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanmışdır.
Etibar Vəliyev. "Ürəyimdə döyünən Vətən". Poetik toplu. Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, istedadlı şair-publisit E.Vəliyevin lirik-fəlsəfi şeirlərindən ibarət kitabı.
Gülşən Lətifxan. "Azər və Aida adası". Roman. Гюльшан Лятифхан. “Азер и Аида”. Роман. Azərbaycan və rus dilində. Rus dilindən tərcümə edən: Məmməd ORUC. Gülşən Lətifxan Hollandiyada yaşamış müəllim, tərcüməçi, hüquqşünas, yazıçı. Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifidir.
Гюльшан Тофиг гызы. “Талисман”. Рассказы. Притчи. Gülşən Tofiq qızı. “Talisman”. Hekayələr. Рritçalar. Rus dilində. Bir müddət vətəndən kənar düşmüş rusdilli Azərbaycan xanım yazıçının hekayələr və prtçalar toplusu.
Самид Агаев. “Хафиз и Султан”. Исторический роман. “Шa’aб” (Пьеса в двух действиях). Rusca. Samid Ağayev “Hafiz və Sultan” Tarixi roman. “Şa’ab” (İkihissəli pyes). Автор С. Агаев - доцент Литературного института им. М. Горького. Остросюжетное повествование, авантюрная канва, тонкий юмор и чарующее обаяние Востока - все это не оставит равнодушным взыскующего читателя.
Çingiz Hüseynov. “Aşırılan bardaqdan suyun dağılmasına icazə verməyin”. Məhəmməd peyğəmbər haqqında Qurani rəvayət. Чингиз Гусейнов. “Не дать воде пролиться из опрокинутого кувшина”. Кораническое повествование о пророке Мухаммеде. Rusca. Modern roman. Rusiyada yaşayan Azərbaycan yazıçısının - Çingiz Hüseynovun modern romanı (rusca e-mətni)
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların növbəti poetik toplusu. II kitab. Bu toplu Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.