Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamilin ilk kitabı

Müəllif:

Elşad can Şamil


Kateqoriya:

Gənc yazarların e-kitabı



Qısa Təsvir:

Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını, əsasən, İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamil - Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxoloji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi tanınır.


Baxış sayı: 693
    
    


 www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Kreativ ədəbi gənclik" silsiləsi. Elektron kitab N 63 (02 -  2019)

 

Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Kreativ ədəbi gənclik" silsiləsi və  kreativ-ədəbi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayımlanır. 


Kulturoloji layihənin maliyyələşdirən qurum 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: www.yysq.kitabxana.net


Feysbuk:

 https://www.facebook.com/groups/kitabxana

https://www.facebook.com/YYSQAX/



Elşad can Şamil


"Ölümü unutmuşdum"


Modern və postmodern poetik əsərlər toplusu

 


Azərbaycan dilində 


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. 2019

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq



Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. 


Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını, əsasən, İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamil - Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxoloji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi tanınır.

Haq­qı sus­du­ru­lan dün­ya­nın şe­ir­lə­ri

 

Söz boy­da mü­qəd­dəs və möh­tə­şəm var­lı­ğın uca­lı­ğı­na və nə­həng­li­yi­nə baş əy­mək is­tə­yi, həm də bu ədə­bi və əbə­di tə­zi­min da­ma­rın­da­kı qü­rur his­si hər şai­rin ya­ra­dı­cı­lı­ğı­na xas olan nəs­nə de­yil, bu haq­qa-əda­lə­tə su­san dün­ya­da bö­yük sö­zün, ulu sö­zün xil­qə­ti­nə ürək tut­maq və bu ədə­bi xid­mə­tin so­nun­da  xə­ca­lət çə­ti­rin­də dal­da­lan­ma­maq hər mü­əl­li­fə mü­yəs­sər ol­mur.

Poe­zi­ya,- özü də XXI əs­rin poe­zi­ya­sı çox za­lım və əzab­keş diq­tə­lə­ri ilə si­nə­si­ni sən­gə­rə çe­vi­rən söz ada­mı­nın ürə­yin­də ton­qa­la dö­nür,ömür-gün gül­şə­ni­ni fi­kir tır­tıl­la­rı ilə əzib şu­ma çe­vi­rir, bey­ni­ni dü­şün­cə gür­zü  ilə dö­yəc­lə­yib mu­ma dön­də­rir, yük­lü sö­zün poe­tik ağır­lı­ğı al­tın­da ya­şa­da-ya­şa­da ya­zıb ya­rat­maq, ya­ra­da-ya­ra­da şe­ir də­yir­ma­nı­nın pər­lə­ri için­də üyü­nüb unu un, kə­pə­yi kə­pək çı­xar­maq zül­mü­nə dü­çar edir...

Bu bəh­rə­si və də­yə­ri öl­çü­yə gəl­məz ne­mə­tin ya­ra­dı­cı gö­zəl­li­yi kük­rə­yib hay­qır­ma­ğın əks qüt­bün­dən ke­çən yol­la­rın­da məz­mun­la­şır, sü­ku­tun çıl­ğın mən­zə­rə­sin­də şe­ir­lə­şir.Bu şe­ir­də ol­du­ğu ki­mi:

 

İn­san­la­rı xi­las et­dim,

Özü­mü as­dı­ğım yer­dən.

Dö­şək ta­va­na sa­lın­dı,-

Sa­lın­dı yas­tı­ğım yer­dən...

 

Söz ve­rən­lər sö­zün dan­dı,

Sö­zü bü­töv bi­lib qan­dım,

Ya­lan de­dim, əlim yan­dı

Qu­ra­na bas­dı­ğım yer­dən...

 

Ya­ra­mı dost­lar duz­la­dı,

Dil qu­ru­yub su­suz­la­dı,

Hər gün vic­da­nım sız­la­dı

Haq­qı­na sus­du­ğum yer­dən...

 

İs­te­da­dın möv­qe­yi zi­ya­lı­lıq­dan baş­la­yıb şəx­siy­yət­dən ke­çən bü­töv­lü­yə söy­kə­nir, for­ma­lizm­dən uzaq olub, no­va­tor­luq key­fiy­yə­ti­nə sa­diq qa­la­raq la­ko­nik­li­yin müa­sir  sə­viy­yə­si­nə yi­yə­lən­mə­siy­lə təs­diq­lə­nir.Bir ədə­bi tün­lü­yün tən­ha ye­rin­də qə­rib­sə­yən və bu qə­rib­li­yi­nin için­də doğ­ma­liq bəs­lə­yən söz ada­mı­nın kö­nül duy­ğu­la­rı klas­sik ir­si­miz­dən qay­naq­la­nır­sa və ey­ni za­man­da bu qay­naq­da möh­kəm­lən­di­yi mən­zum mən­zə­rə­lə­rin ru­hun­da­kı ma­ya­nın saf­lı­ğı­nı qo­ru­yur­sa, kö­nül çır­pın­tı­la­rı­na bə­lə­nən nəz­mə çə­kil­miş dü­şün­cə­lə­ri ob­raz­lı şə­kil­də ifa­də edi­lə­rək dol­ğun və bə­dii ça­lar­lar­la zən­gin­ləş­di­ri­lib mis­ra­la­ra dü­zü­lür­sə, bir söz­lə ədə­biy­ya­ta əmə­li xid­mə­tin uğur­lu tə­mə­li qo­yu­lur­sa,- mü­ba­rək­di, de­yir­sən, bir şa­ir də do­ğul­du dün­ya­da... El­şad Can Şa­mil adın­da bir şa­ir...Bə­li, bir şa­ir də gəl­di bu ”haq­qı bo­ğa­zın­da qa­lan dün­ya­ya”... Şai­rin özü de­miş­kən: “Bo­ğa­zın­da sü­mük qal­mış qo­naq ki­mi­yəm,nə uda bi­li­rəm, nə də qay­ta­ra”

Döv­rü­mü­zün bu gün­ki poe­zi­ya mə­ka­nın­da ya­zıb-ya­rat­maq, bə­dii sö­zün oxu­cu ba­za­rın­da­kı çə­ki­si­ni qo­ru­yub sax­la­maq, şe­ir­se­vər­lə­ri öz ürək çır­pın­tı­la­rı­na qo­naq edə bil­mək şə­rə­fi­nə can ata­raq, öz kö­nül duy­ğu­la­rı­nı hə­qi­qi sə­nət­kar qüd­rə­tiy­lə oxu­cu­ya çat­dır­ma­ğı ba­car­maq və ya­ra­dı­cı­lı­ğın­da hə­qi­qi poe­zi­ya me­hi əs­di­rə bil­mək, poe­zi­ya ha­va­sı­na öz ha­va­sı­nı qa­tıb “ha­mı­dan qaç­maq”, “həd­siz qa­da­ğa­lar, aşı­rı qıs­qanc­lıq” için­də tən­ha və kim­sə­siz “cə­sa­rət­siz­lik və tən­bəl­lik” fa­ciə­si­ni ya­şa­maq...

 

Xə­yal­lar­da ev tik­dim  da­mı ol­ma­yan,

Ye­ni dün­ya qur­dum ha­mı ol­ma­yan,

An­caq mən özü­mü gör­mə­dim or­da

Kə­nar­da qa­lır­mış ada­mı ol­ma­yan…

 

Za­man­sız yol­çu­nun sir­li ru­hu ki­mi son­suz­lu­ğa uza­nıb ge­dən ədə­bi aləm­də ədə­biy­ya­tın gə­tir­di­yi yox, ya­za­rın gə­tir­di­yi ədə­biy­yat ada­mı ol­maq...Ürə­yi­nin də­li­sov çır­pın­tı­la­rı­nı uca zir­və­lə­rə qo­nan qar işı­ğın­dan ke­çi­rən və hə­zin qə­rib­li­yin, giz­li-giz­li gö­rüş­lə­rin, uzun-uzun ay­rı­lıq­la­rın, ömür­dən xə­zəl-xə­zəl uçub ge­dən il­lə­rin sap­sa­rı xa­ti­rə­lər pən­cə­rə­sin­dən boy­la­nan sə­nə­tə sa­diq söz sa­hi­bi ta­le­yi ya­şa­ma­ğa özü­nü məh­kum et­mək əza­bı...

 

Ba­ğış­la, zən­gi­ni aça bil­mi­rəm,

Sə­sin ürə­yi­mi də­lib ke­çə­cək.

Ver­di­yin əza­bın yan­ğı­sı gö­zəl,

Qor­xu­ram, bir an­da gə­lib ke­çə­cək...

 

Şai­rin özü­nü tap­maq yo­lu har­da­sa elə özü­nü al­dat­maq­dan ke­çir. An­caq ney­lə­yə­sən ki, bu gün “ya­la­nın da za­yı çı­xıb, öm­rü qı­sa­lıb in­san ki­mi...”

 

Hər şe­yə ina­nan mə­sum  ki­mi­yəm,

Bir vu­raq bir ki­mi tək qal­dım vu­rul­du­ğum­da,

Ya­lan­la­rın şi­rin gəl­di ədə­biy­yat tə­ki

Se­və se­və oxu­dum sə­ni...

 

“Mö­mi­ni qal­ma­yan Al­lah ki­mi mə­lək­lə­ri də ye­rə en­di­rər­dim, məs­cid­lər boş qal­ma­sın de­yə...” ki­mi ümu­mi­ləş­dir­mə apa­ran şa­ir mə­həb­bə­tə, hət­ta nif­rə­tə kök­lə­nən hiss­lə­rin tü­kən­mə­siy­lə üz-üzə qa­lır, ”sə­nə olan hiss­lə­ri­min is­ti­fa­də müd­də­ti dü­nən­dən bit­miş­dir ar­tıq” qə­naə­ti­nə gə­lir.

El­şad Can Şa­mi­lin dən-dən bərq vu­ran söz­lü ge­cə­lə­rin­dən mis­ra-mis­ra sü­zü­lüb və üzü­lüb gəl­di­yi yo­lun poe­ti­ka­sı fəl­sə­fi fi­kir yü­kün­də­ki mə­na ça­lar­la­rı da ma­raq do­ğu­rur:

 

Ay­rı­lıq, ki­ra­yə, ev­siz­lik

İş­siz­lik, ki­şi­siz­lik, ki­şi­lik,

Tən­ha­lıq, tək hal­lıq, tə­kal­lah­lı­lıq,

Ha­lal­lıq və ha­ram­lıq­da doğ­ru­la­rı itir­mək,

Ki­tab­sız­lıq və ya ki­tab­lar­la gü­nü bi­tir­mək...

 

Şa­ir dər­di­nin  pay­la­şı­lıb bö­lü­şül­mə­mə­yin­də­ki uzun-uza­dı və boz se­ri­ya­lar,bu se­ri­ya­lar­da­kı “hü­zün­lü mah­nı­lar, hü­zur­suz rəsm­lər, stress, dep­re­siy­ya” not­la­rı, “bo­ğu­la­raq can ve­rən hön­kür­tü”lə­rin şey­ta­nı “da­ğıl­mış ya­şam tər­zi­nin tör tö­kün­tü­lə­ri”nin tən­tə­nə­si­nə, in­sa­nı isə qey­bə, in­ti­ha­ra sü­rük­lə­yən inam­sız­lıq etüd­lə­ri...Bu ha­va­da­kı poe­zi­ya­nın inam­lı və nik­bin ritm­lə­ri­ni ya­şa­dan mü­əl­li­fin ya­ra­dı­cı­lı­ğı­na xei­yir-dua ver­mə­yi özü­mə borc bil­dim.

 

 


Ra­miz QU­SAR­ÇAY­LI


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


YYSİB Analitik-İnformasiya Bölümü