İmam Hafiz Əbu İsa Mühəmməd ibn İsa ibn Sovrə ət-Tirmizi (209-279 h). "Peyğəmbərin xisləti". İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Ərəb dilindən tərcümə edən: Əlixan Musayev
İmam Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi. "Qırx hədis və şərhi". Oxuculara təqdim olunan bu kitabda İslam dininin hər bir sahəsini əhatə edən hədislər toplanmışdır. Bu səbəbdən də İslam dinini öyrənmək istəyən hər kəsə məsləhətdir ki, elmin ilkin mərhələsində, bu kitabdakı hədisləri, şərhi ilə birlikdə oxuyub-öyrənsin, onları əzəbərlədikdən sonra başqalarına da öyrətsin. Bu kitab yazıldığı gündən bəri, İslam alimləri onu təqdirəlayiq hesab etmiş, onu çox tərifləmiş və öz tələbələrinə onu oxuyub-öyrənməyi məsləhət görmüşlər.
Seyyid İmadəddin Nəsimi. "40 qəzəl". Mütəfəkkir şairin fars dilində, azərbaycancaya sətri və bədii tərcümədə qəzəllər toplusu. Fars dilindən bədii və sətri tərcümə: Dalğa Xatınoğlu. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri Azərbaycan oxucusu üçün yenidir.
İsa Muğanna (Hüseynov). “Məhşər”. Tarixi-fəlsəfi roman. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.
İmadəddin Nəsimi. "Seçilmiş əsərləri". İki cilddə. Birinci cild. Azərbaycan - türk, ərəb və fars dillərində yazıb-yaratmış dahi mütəfəkkir-şair İ.Nəsiminin seçmə lirik-fəlsəfi əsərləri.
İmadəddin Nəsimi. "Seçilmiş əsərləri". İki cilddə. İkinci cild. Azərbaycan - türk, ərəb və fars dillərində yazıb-yaratmış dahi mütəfəkkir-şair İ.Nəsiminin seçmə lirik-fəlsəfi əsərləri.
İmadəddin Nəsimi - 650. "Cahana sığmazam". Müasir Azərbaycan ədəbiyyatının müxtəlif nəsil tanınmış şairləri tərəfindən dahi mütəfəkkir şair İ.Nəsimi mövzusunda qələmə aldıqları lirik-poetik əsərlərindən ibarət almanax.
İldırım Şükürzadə. “Bizim tələbəlik illəri”. Şənədli-bədii kitab. Kitabda 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin 102/502-ci qrupunda təhsil almış tələbələrdən bəhs olunur. Burada ADPU, Tarix fakültəsi, tarixşünaslıq, qrupda təhsil almış tələbələr, zaçotlar, imtahanlar, qrupda dərs demiş müəllimlər, tələbələrin məzunluq dövrü barədə məlumat verilmişdir.