Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Səndə gözəlləşən həyat

Zenfira Nusalova

(müəllif)

Qısa Təsvir:

Müasir Azərbaycan humanitar fikrinin intellektual nümayəndəsinin növbəti yeni elmi-kütləvi kitabı. Bu maraqlı kitаbdа tanınmış istedadlı yazarın müxtəlif illərdə qələmə aldığı elmi-praktik, kütləvi--fəlsəfi yazıları toplanıb. Müəllifin özünün də qeyd etdiyi kimi, "Xəyallardan gerçəkliyə” və "Aforizmlər" kitabımdan sonra bu kitabı yazmağı qərara aldım. Bu kitab xanımlarda görmək istədiyim və əslində “Uğura aparan yol” kimi qələmə alınsa da, burada bütün insanlığın mərhələləri, əsl huzurun, xoşbəxtliyin və çoxlarının tapa bilmədikləri çıxış qapısını göstərməyə çalışmışam. Ümid edirəm ki, kitabdakı yazılarım hamıya yardımçı olacaq..." 


Baxış sayı: 741
    
    


    
Aforizmlər

Zenfira Nusalova

(müəllif)

Qısa Təsvir:

Çağdaş ədəbiyyatımızın istedadlı və məhsuldar cavan nümayəndəsinin yenicə işıq üzü görmüş kitabı. Kitаbdа tanınmış istedadlı şairənin müxtəlif illərdə qələmə aldığı aforizmlər, fəlsəfi fikirlər, düşüncə parçaları toplanıb. Müəllifin yazdığı aforizmlər əvvəlki kitabı kimi elmi-fəlsəfi düşüncələrində özünü ehtiva edir.


Baxış sayı: 727
    
    


    
Ömrümə yazılanlar

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin yeni kitabı. Kitаbdа görkəmli elm və ədəbiyyаt xаdimlərinin tanınmış şairə, alim Firuzə Məmmədli yаrаdıcılığı hаqqındаkı fikirləri və istedadlı qələm sahibinin müxtəlif illərdə yаzdığı şeirlər verilmişdir.


Baxış sayı: 740
    
    


    
İlahidən gələn söz

Bəhram Bilaloğlu

(müəllif)

Qısa Təsvir:

İstedadlı, məhsuldar gənc şairin oxunaqlı poetik nümunələrdən ibarət üçüncü kitabının elektron variantı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirir, yeni nəslin həyata baxışlarını, gənclər arasında sevgi, dostluq, vətənsevərlik, milli-mənəvi dəyərlərə sayğı kimi hissləri poetik dillə, fəlsəfi mühakimələrlə təbliğ etməyə çalışır...


Baxış sayı: 714
    
    


    
Cinayət və məhəbbət

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

İstedadlı ədib, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 769
    
    


    
Zəhərli tikan

Rəna Qurbanlı Qılıcova

(müəllif)

Qısa Təsvir:

Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin növbəti elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.


Baxış sayı: 725
    
    


    
Göyərçin yuvası

Leyla Fərat

(müəllif)

Qısa Təsvir:

İstedadlı cavan nasirin “Göyərçin yuvası” adlı bu e-kitabı reallıq və fantaziya aləminin birləşdiyi oxunaqlı bədii nəsr əsərləri - povestlər və hekayələr toplanıb. Kitabda müəllifin təxəyyülü və şəxsi təcrübələri prizmasından insanların keşməkeşli taleləri çatdırılır. Maraqlı əsərlərdə ağrı-acı, ümid və azadlıq arzusunu əks etdirən dərin emosiyalarla dolu aləm göz qabaına gəlir...


Baxış sayı: 748
    
    


    
Bir az daha ömür sürək dünyada

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Kitаbdа şаirin xаtirələri, onа yаzılmış аd günü təbrikləri, son illərdə yаzdığı şeirlərin bir qismi, eləcə də müsаhibələri verilmişdir. Tanınmış şairə-publisit, görkəmli alimin bu poetik toplusundakı son illərin lirik-fəlsəfi, eləcə də poetik-vətənpərvərlik əsərləri yer alıb. Yaşının müdriklik şağında şairə zamandaşına deyiləsi sözlərini şeirə gətirir: həyat yaşantıalrı, ömür sirləri, sevginin xiffəti, həqiqətin incəlikləri əsl sənət baxışlarından keçirilərək oxucularına təqdim olunur.


Baxış sayı: 723
    
    


    
Bir qapılı iki məhlə

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Tanınmış, məhsuldar nasir, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri: roman - e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 720
    
    


    
İmam Hüseyn

Xanlar Həmid

(müəllif)

Qısa Təsvir:

İstedadlı şair-publisist, araşdırmaçı, tərcüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvünün bu yeni e-kitabındakı tarixi-dini mənzum faciəsində müəllif İslam dünyasının tanınmış nəhəng simalarından biri - İmam Hüseyn və azadlıq eşqi haqqında epik-fəlsəfi fikirlərini poetik formada verməyə çalışır.


Baxış sayı: 746
    
    


    
İtkin arzular

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri - romanı: e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 741
    
    


    
Lövbər adam

Mahirə Nağıqızı

(müəllif)

Qısa Təsvir:

AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. İstedadlı şairənin bu kitabında da lirik-fəlsəfi duyğuların poetik təzahürü olan şeirlərində əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.


Baxış sayı: 751