
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 24 (12 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-poetik layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Poemalar kitabı
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsinin növbəti elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.
ÖN SÖZ
İstedadlı şairə Rəna Qurbanlı - Qılıcovanın “Zəhərli tikan” adlı kitabı ilə oxucuları ilə altıncı dəfə görüşə gəlib. Şairə xanım uzun illər ərzində gördüyü, eşitdiyi və müşahidə etdiyi hadisələri sadə və oxunaqlı bir tərzdə qələmə almışdır. Onun poemalarında bir qadın ürəyinin çırpıntıları duyulur. O, poeziyanın dili ilə insan həyatındakı ovqatı özünün zəngin daxili aləmindən gələn bir həssaslıqla tərənnüm etmiş və oxucusunu da o aləmə cəlb etməyə çalışmışdır. Şairənin kövrəkliklə, incə, həsas hisslərlə qələmə aldığı misralar onun vətənə, torpağa , elinə obasına və ən əsası yer üzünün əşrəfi sayılan insana, insanlığa olan məhəbbətinin təzahürüdür.
Kitabda bir necə poema yer almışdır ki, onların hər birində şairənin insan həyatında baş verən neqativ hadisələrə olan münasibəti aydın görünür. O, “Xəyanət” adlı poemasında kökü əsrlərdən gələn, lakin müasir dövrümüzün bəlasına çevrilən kişilərin öz ailəsinə olan xəyanətindən bəhs etməklə, onun gətirdiyi bəladan, rəzillikdən, alcaqlıqdan söhbət acmışdır.
Natavan adlı saf bir qadının simasında yüzlərlə xəyanətə tuş gələn qadın obrazı yaradıb ki, həmin qadın bütün xoş əməllərinə rəğmən hər addımda Bəşir kimi şərəfsiz, simasız bir insanın bəd əməllərinin oyuncusuna cevrilir. Şairə xanım xəyanətin bir ailəyə gətirdiyi bəlanı bütün xırdalıqları ilə oxucusuna çatdıra bilmişdir.
“Zəhərli tikan” poemasında insanın pula olan hərisliyinin onun ailəsinə, daha doğrusu əziz, xələf, ağıllı qızı Ceyranın ölümünə səbəb olduğunu qələmə almaqla, pul hərisliyinin xoşbəxtlik deyil, bədbəxlik gətirdiyini bəyan etmişdir.
“Evimizdə qopan tufan” adlı poema Rəna xanımın qəlbindən qopan hisslərin harayıdır. O, bir ailənin əziz bir insanını itirəndə kecirdiyi hissləri ürək ağrısı ilə qələmə almışdır. Bu həm də bir bacının qardaşına olan məhəbbətinin incə tərənnümüdür.
Rəna xanıma yeni yaradıcılıq uğurları arzulayıram. Ümidvaram ki, sadə, oxunaqlı dilə yazmış olduğu bu kitabı da “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Könlümdən qopan incilər" kitabları qədər oxuçu rəğbəti qazanacaq.
Azər Kərimov,
Texnika elmləri doktoru, professor,
Çexiya-Azərbaycan Mədəni
Əlaqələr Mərkəzinin sədri,
Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=961
Şairə-publisist Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) 1960-cı ildə, iyunun 26-da Sumqayıt şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonunda Puşkin adına orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1994-cü ildə oranın bitirib.
Hələ erkən yaşlarından sözə, ədəbiyyata meyl edən Raəna xanım son illər fəal ədəbi prosesə qoşularaq aktiv poetik-ədəbi fəaliyyəti ilə oxucuların marağını öz yaradıcılığına yönəldə bilib.
Şairənin indiyə qədər 10 kitabı işıq üzü görüb, çoxsaylı poetik-publisitik yazıları İnternet saytlarında, dövrü mətbuatda, ədəbiyyat jurnallarında verilib.
Xanım şairənin “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” topluları ədəbiyyat həvəskarlarının, poeziya sevər oxucuların diqqətini cəlb edib.
Rəna xanımın poeziyası sənət adamlarının da marağını kəsb edib: onun 3 şerinə mahnı bəstələnib. “Atilla torpağı” (tanınmış sənətçi Şəmistan Əlizamanlının ifasında), “Gözəl xanımsan” və “Ömür yolumuz” (istedadlı ifaçı Ülvi Qılıçın ifasında) şahnıları dinləyicilərin könlünü oxşayıb.
Yazıçı-araşdırmaçı Vaqif İsaqoğlu tərəfindən Rəna Qurbanlı haqqında “Rəna Qurbanlının söz dünyası” adlı araşdırma kitab qələmə alınıb. Bu ədəbi-publisitik araşdırmada şairənin sənət-poeziya dünyasına ekskurs edilir, onun həyatı və yaradıcılığı tədqiq edilir.
Müəllifin müxtəlif səpkili şeirləri “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Şərqin səsi”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.
Rəna Qurbanlı (Qılıcova) həm də ictimai-mədəni aktivliyi ilə seçilir. O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Şairlər və Yazıçılar İttifaqının, eləcə də Dünya Jurnalistlər Birliyinin üzvüdür. Şairə-publisit yaradıcılıq uğurlarına görə bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub, “Qızıl Qələm” mükafatına layıq görülüb, həmçinin, Prezident təqaüdçüsüdür.
Aliləlidir, 3 övladı var.
Ayxan – Hidayət Əbilli
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.