
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”
Bədii e-kitablar seriyası. Elektron kitab N 25 (19 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Roman
Bədii nəsr kitabı
Bakı - YYSİB – 2025
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
İstedadlı ədib, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
ÖN SÖZ
Ənənəvi roman üslubunda yazılmış "Cinayət və məhəbbət" əsəri Dərya Qılıcın - Nailə Bahadur qızı Qılıcovanın sayca yeddinci kitabıdır. Əsər janrına görə əxlaqi-tərbiyəvi xarakterli məişət romanıdır. Mövzusu ətrafımızda baş verən hadisələridən götürülmüş olan romanda təbii təsvir, şirin müəllif təhkiyyəsi ehtiva olunmuşdur.
Güclü müəllif təhkiyyəsi, süjet və kompazi siya xüsusiyyətlərinin ənənəviliyi oxucunu öz dünyasından ayı rıb əsərin cazibədar orbitinə sala bilir. Əsər sanki oxucunu mənən zənginləşdirmək missyasını daşıyır. Əsərin qəhrəmanı Ayaz adlı bir gəncdir. Bütün hadisələr onun uşaqlıq dövründən başlayaraq cərəyan edir. Ayaz böyüyüb boya-başa çatdığı ailə təmizlik , saflıq simvolu olsa da , Fərrux obrazını yarat maqla müəllif çəmiyyətimizin mənfur ünsürlərini də göstərmişdir.
Uşaqlığında hədsiz dərəcədə dəcəl olan Ayaz yeniyet mə çağında Fərruxun toruna düşüb, günahsız bir qızın zinda na atılmağına səbəb olsa da, tezliklə səhvini başa düşüb günahını boynuna almaq üçün məhkəməyə getməli olur. Hər şey bundan sonra başlayır. Ayaz dəlicəsinə Səmaya aşiq olur. Əsər boyu məhəbbət motivləri tərənnüm olur. Nailə xanım əsərində insanlığı təbliğ etməyə çalışıb. Ata-anasını itirmiş, dörd yetim uşağa arxa-kömək çıxan qonşuların saf əməllərini göstərməklə yanaşı, Mina ilə Fərid kimi acgöz, fırıldaqçı, başqasının var dövlətinə göz dikən obrazları da ya ratmaqla oxucularına yaxşı ilə pisin əməllərini göstərmək istəmişdir. Müəllif mifik hadisələri qabarıq şəkildə göstərməsə də, insanda ədalətin qalıb gələcəyinə bir inam yaratmışdır. Pisliyin, amansızlığın gözəgörünməz bir qüvvə tərəfindən çəzalandığını yazmaqla insanlarda yalnız xoş əməllər görmək istəmişdir.
Roman mürəkkəb dramatik hadisələrlə zəngindir. Müəllif bilərəkdən oxucusunu intizarda qoyaraq əsərin iştirakçısına çevirə bilmişdir.
Kitabda beş hekayə də yer almışdır. Müxtəlif məzmunlarda yazılmış hekayələr hər biri ayrı ayrılıqda maraqlı məna kəsb edir. "İntihar" hekayəsi müasir dövrümüzün bəlasına çevrilmiş xəyanətdən bəhs edir. Yeniyetmə gənc oğlan atasının xəyanətini təkcə anasına olan xəyanət kimi deyil, həm də övladlarına olan xəyanət kimi qəbul edib, intihara əl atır. “Rafiqin səfəri” hekayəsi vətənpərvərlik ruhunda yazılıb, torpağa bağlılıq və vətən sevgisi tərənnüm edir. Digər üç hekayə yumor hissi ilə yazılıb. Kitabda olan həm roman, həm də hekayələr sadə və oxunaqlı dildə yazılmışdı.
Ümidvaram ki, müəllifin "Cinayət və məhəbbət" adlandırdığı bu kitabı da “Qəmli səadət", “Cəhənnəmə gedən yol", “Dağlardan gələn səda", “Bir qapılı iki məhlə“, “İtkin arzular“, “Tale yolları” kitabları kimi çoxsaylı oxucu kütləsinin marağına səbəb olacaq, onların tərə findən sevilib rəğbət qazanacaq. Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Mətanət Saraclı (Həsənova)
Filologiya Üzrə Fəlsəfə Doktoru,
Bakı Dövlət Universiteti Klassik Azərbaycan Ədəbiyyatı Kafedrasının dosenti,
AYB-nin üzvü
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=959
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.