ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”
Bədii e-kitablar seriyası. Elektron kitab N 21 (18 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Roman
Bədii nəsr kitabı
Bakı - YYSİB – 2025
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Nəcibə İlkin
Tanınmış, məhsuldar nasir, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri: roman - e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
ÖN SÖZ
“Bir qapılı iki məhlə” romanını Dərya Qılıc - Nailə Bahadır qızı Qılıcovanın silsilə əsərlərindən sayca dördüncüsüdür. “Bir qapılı iki məhlə” romanını böyük həvəslə, demək olar ki, birnəfəsə oxudum. Kitab ənənəvi roman üslubunda ailə-məişət zəminində yazılıb. Əsər körpəlikdən valideynlərini itirib, dayılarının yanında yaşamağa məcbur olmuş bir qızın həyatından bəhs edir. Müəllif ülvi məhəbbət motivləri əsasında yazmış olduğu bu əsərdə çətin həyat yolu keçən qızın dəlicəsinə aşiq olduğu oğlanın yolunda çəkdiyi əzabları oxucuya məharətlə göstərə bilib.
Özünü həmişə yalqız hiss edən qızcığaz ağlı, iradəsi, zəhmətlə qazandığı dərin biliyi sayəsində, gələcəyə inamla baxmağı bacarır. Müəllifin Afət adlandırdığı qəhrəmanının simasında Azərbaycan qızının ismətindən, səbrindən, ağlından, pünhan məhəbbətindən söz açmışdır O, Vüqara olan məhəbbətini ismətinə sığınaraq illərboyu sirr olaraq saxlayır. Müəllif, keçirdiyi ağır həyat yoluna baxmayaraq, ürəyi kin-kidürətlə deyil, ətrafını qızdıra biləcək məhəbbətlə dolu olan qızın, bütün yaxınlarına sevgi ilə yanaşmağını göstərməklə saflığın, düzgünlüyün, ədalətin qələbəsini tərənnüm etmişdir.
Əsərin bədii dili təbii, koloritli, incə və obrazlıdır. Nailə xanım bilərəkdən oxucusunu, təsir və həyəcan altında saxlayaraq, əsər boyu Afətin Vüqara olan və eyni zamanda, Vüqarın Afətə olan məhəbbətini çətinliklərlə qarşılaşdırsa da, bir-birini ülvi məhəbbətlə sevən gəncləri qovuşdurmuşdur. Gənclərin bir-birinə olan məhəbbətini zərif, incə, kövrək hisslərlə təsvir edilən əsər, sanki, tərbiyyəvi missiya daşıyır. Kəskin dramatik hadisələrlə zəngin olan romanda dolğun obrazlar yaratmağa müvəffəq olan müəllif, maraqlı ədəbi təhkiyə ilə oxucusunu arxası ilə aparar, az qala, hadisələrin canlı şahidinə çevirməyi bacarıb.
Müəllif hər addımda ağlın, səbrin, xeyrin şərə qalib gəldiyini göstərməklə oxucusu müsbət əməlli olmağa səsləyir. Nüşabə obrazını yaratmaqla paxıl, acgöz insanların iç üzünü göstərir, oxucuda belələrinə qarşı nifrət hissi oyadır. Kitab, sadə və oxunaqlı dillə yazılıb. Əminliklə deyə bilərəm “Bir qapılı iki məhlə” romanını oxuyan hər kəs bu əsəri çox sevəcək.
Umidvaram ki, bu kitab da “Qəmli səadət”, “Cəhənnəmə gedən yol,” “Dağlardan gələnn səda", “Tale yolları” və başqa kitabları qədər oxucularının ruhunu qidalandırıb, rəğbətini qazanacaq. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram.
Ehtiram İlham,
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=959
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.