Ramiz Atabəy. "Qırmızı qar dənəcikləri". Bədii nəsr: irihəcmli modern hekayə. Gənc nasir, şəbəkə yazarı Ramiz Atabəyin irihəcmli ilk bədii nəsr əsəri daxil edilmiş birinci elektron kitabı. Fikirləriniz gənc yazarın gələcək inkişaf və təkmilləşmə üçün çox önəmlidir. Ramiz Atabəyin müəllifi olduğu "Qırmızı Qar Dənəcikləri " əsəri sevgi və fəlsəfənin birgəliyindən danışır.Gənc yazarın qələmə aldığı bu əsər muasir sevgidən və yalnızlığın ahəngindən ərsəyə gəlib.Yalqızlığın insanı olan gənc illərdir gözlədiyi bir qadınla qarşılaşır elə qarşılaşdığı andada onu itirir.Rəngarəngliklə dolu hekayə zövqləri oxşayır.
Laura Cəbrayıllı. "Yedinci qat". Publisitik-filoloji toplu. İstedadlı filoloq, publisist və ədəbi jurnalist, gənc yazar Laura Cəbrayıllının bu ilk e-kitabına ədəbi-mədəni sahələrə həsr olunmuş araşdırmaları, məqalə və ədəbi müsahibələri daxil edilib.
Tural Babayev. "Sonuncu missiyanın başlanğıcı". Detektiv roman. Gənc nasirin ilk detektiv romanının elektron kitab versiyası. Həmdullah adlı terrorçuya öz başçıları tərəfindən İnterpolun rəhbərliyində olan işçilərdən birini öldürmək əmri verilir. Amma hadisələr heç də terror təşkilatının xəyal etdiyi kimi cərəyan etmir. Nədənsə Həmdullah bu əməliyyatda yalqızdır... “İnterpol” indi onu izləməyə, terrorçular öldürməyə, “GF” adlı təşkilat isə onu qorumağa çalışır.
Şəbnəm Karslı. “2087-ci il”. Roman. Roman gənc, istedadlı yazıçı-publisist Şəbnəm Karslının ilk irihəcmli bədii nəsr nümunəsidir. Kitabın elektron versiyası oxucu istifadəsinə verilsə də, yayım və nəşr hüququ yalnız müəllifə aiddir, onun icazəsi olmadan hər hansı formada yayımı qəti qadağandır...
Teymur Həbibi. “Həbibi dünyası...” Bu e-nəşr gənc müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var...
Bu kitab Roma Xosrovun oxucuları ilə artıq ikinci görüşüdür. "Yat, yuxuna qonaq gəlim” şeirlər toplusunu oxuyan hər bir kəs müəllifin fəlsəfi dünyasına, məhəbbət gəmisində əlində satira qılıncı ilə səyahət edib, qəlbində vətənpərvərlik eşqi ilə alışıb yanacaq.
Şərif Ağayar. "Aftafalı antrakt" (bədii nəsr). İstedadlı gənc yazarın üçüncü kitabıdır. Kitabdakı hekayələr müxtəlif illərdə bir çox qəzet və jurnallarda, internet saytlarında yayımlanıb, ədəbiyyat adamlarının, tənqidçilərin diqqətini çəkib, müzakirələrə səbəb olub. Düşünürük ki, bu nümunələrin kitab halında nəşri müəllifin bir nasir kimi daha yaxından anlaşılması üçün yardımçı olacaq.
Sayman Aruz. "Yüz il inqilab" (Roman). İstedadlı yazar-publist, dövri mətbuat və İnternet portallarında elmi-ədəbi yazılarla tez-tez çıxış edən, sələn Güney Azərbaycandan olan Sayman Aruzun romanından ibarət e-kitabı... Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür – cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur.
Faiq Ələkbəov. "Milli ideolologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə). İstedadlı gənc alim, yazar-publist, dövri mətbuat və İnternet portallarında elmi-ədəbi araşdırmalarıyla tez-tez çıxış edən Faiq Ələkbərovun ilk e-kitabı... "Gənc yazarın ilk e-kitabı" silsiləsindən...