
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 20
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Azərbaycan Gənclər Fondu:
Sayman Aruz
"Yüz il inqilab"
(Roman)
İstedadlı yazar-publist, dövri mətbuat və İnternet portallarında elmi-ədəbi yazılarla tez-tez çıxış edən, sələn Güney Azərbaycandan olan Sayman Aruzun romanından ibarət e-kitabı...
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 20 (116 - 2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012
"Gənc yazarın ilk e-kitabı" silsiləsindən bütün kitablarla buradan tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=167
Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür – cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur. Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar. Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır.
Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.