
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 23
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Azərbaycan Gənclər Fondu:
Roma Xosrov
Yat, yuxuna qonaq gəlim
Roma Xosrov (Roma Xosrov oğlu Ağayev) 23 iyul 1989-cu ildə Laçın rayon Alxaslı kəndində doğulub. 2006-cı ildən dövrü mətbuatda mütəmadi olaraq məqalə, hekayə, esse və şeirləri işıq üzü görür. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakultəsi teatrşünaslıq ixtisasına daxil olub. 2009-cu ildə “Şirvannəşr”də “Məhəbbətə baş əyirəm” sərlövhəli ilk şeirlər kitabı, 2010-cu ildə “MBM”(Min Bir Mahnı) MMC nəşriyyatında “Yat, yuxuna qonaq gəlim” sərlövhəli ikinci şeirlər kitabı işıq üzü görüb. Bu e-kitab Roma Xosrovun oxucuları ilə artıq ikinci görüşüdür. “Yat, yuxuna qonaq gəlim” şeirlər toplusunu oxuyan hər bir kəs müəllifin fəlsəfi dünyasına, məhəbbət gəmisində əlində satira qılıncı ilə səyahət edib, qəlbində vətənpərvərlik eşqi ilə alışıb yanacaq.
YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012 e-nəşri N 23 (125 - 2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Gənc yazarın ilk e-kitabı" silsiləsindən bütün kitablarla buradan tanış olun: