Orxan Bahadırsoy. "Fahişə mələklər". Gənc nasir Orxan Bahadırsoyun öz təbirincə desək, bu iki hissəli "tragiroman" öz bədənini satan qadınlar və narkomaniya bəlasından əziyyət çəkən insanların taleyinə həsr olunub....
Aynur Lətifova. "Sevgi naminə". Gənc yazıçı xanımdan növbəti sevgi povesti. Çinarə ailə münasibətləri üzrə psixoloqdur. O, neçə-neçə ailələri dağlmaqdan, boşanmaqdan xilas edib. Ancaq öz ailəsi bu problemlə üzləşdikdə, o, çətinlik çəkir və çarəsiz qalır.
Şəmil Sadiq. “Qocalıb qeyrətimiz...» (“Bu türk o türk deyil...») Poetik toplu. Tanınmış istedadlı cavan filoloq alim, ədəbiyyatşünas və təhsil xadimi, yazar-şair, publisit Şəmil Sadiqin imzası çağdaş oxucular tərəfindən maraqla qarşılanır. Bu e-kitabına müəllifin müxtəlif vaxtlarda qələmə aldığı rəngarəng janrlarda qələmə aldığı lirik, fəlsəfi, satirik şeirləri toplanıb. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Azad Yaşar. “Dünya ədəbiyyatından seçmələr...» Tərcümə toplusu. İstedadlı cavan araşdırmaçı, yazar-şair, mütərcim-publisit Azad Yaşarın imzası dünya ədəbiyyatını sevən oxuculara yaxşı tanışdır. Bu e-kitabına onun müxtəlif vaxtlarda qələmə aldığı araşdırmalar, dünya – Şərq və Qərb ədəbiyyatından, fəlsəfəsindən, şeirindən dilimizə çevirdiyi ədəbi-bədii, fəlsəfi-estetik yazılar daxil edilib. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Aynurə Paşayeva. "Məni nə vədə Şuşaya yetirərsən?" (Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti haqqında). Gənc araşdırmaçı alim Aynura Paşayevanın bu ilk e-kitabında onun filologiya elmimizdə maraqla qarşılana biləcək elmi araşdırması daxil edilib. Müəllifin yazılarındakı mülahizələri polemikaya səbəb olacaına inanırıq. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Azər Həsrət. "Bir əsgərin yaşantıları". (Memuar-roman). Bu kitab müəllifin şəxsi həyatının iki ilini və həmin illər ərzində yaddaş süzgəcindən keçirdiyi xatirələri əks etdirir. Kitab bədii əsər kimi qələmə alınsa da, əslində, sənədli də sayıla bilər. Çünki buradakı obrazların, demək olar ki, hamısı gerçək şəxslərdir və olaylar da uydurma deyil. İstər müəllifin yaşantıları ilə tanışlıq, istərsə də əsasən 1980-1988-ci illər arası dövrü əhatə etməsi baxımından kitab oxucular üçün maraqlı ola bilər.
Elşad Barat. “Ruhumun səsi”. Poetik-esse toplusu. Yeni nəsil şairlərdən sayılan Elşad Baratın bu ilk e-kitabında onun müxtəlif illərdə və mövzularda qələmə aldığı şeirləri və esseləri daxil edilib. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
İbrahim Sel. “Hazır alın yazısı”. Modern şeirlər toplusu. Gənc şair-araşdırmaçı İbrahim Selin ilk poetik e-nəşrində – yeni şeirlər kitabında onun modern üslübda qələmə aldığı ədəbi-lirik nümunələr daxil edilib. Müəllifin elə yazıları vardır ki, ciddi polemikaya uğrayacaq, digərləri isə əsl gənc şair çılğınlığı ilə qələmə alındığı nəzərə çarpır... E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Nəzmiyyə Hicran. “Haraylayır ana torpaq”. Lirik şeirlər toplusu. Gənc şairə Nəzmiyyə Hicranın imzası poeziyasevər oxuculara yaxından tanışdır. Bu toplu gənc şair-publisit və sosial şəbəkələrdə aktiv blogerlik edən xanım müəllifin vətənpərvərlik, lirik və oğqat şeirlərindən ibarət ilk e-kitabıdır...