Nəzmiyyə Hicran. “Haraylayır ana torpaq”. Lirik şeirlər toplusu. Gənc şairə Nəzmiyyə Hicranın imzası poeziyasevər oxuculara yaxından tanışdır. Bu toplu gənc şair-publisit və sosial şəbəkələrdə aktiv blogerlik edən xanım müəllifin vətənpərvərlik, lirik və oğqat şeirlərindən ibarət ilk e-kitabıdır...
Anar Məcidzadə. “Sevgi yağışları...”. Lirik şeirlər toplusu. Bakı Asiya Unversitetində filologiya ixtisası üzrə ali təhsil alıb. 3 kitabın müəllifidir. Gənc şair-publisist, jurnalist Anar Məcidzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, "Səs" qəzetlərində,"SİA" və "Lent.az" İnformasiya Agentliklərində çalışıb, hazırda Lent.az-ın əməkdaşıdır. Bu toplu gənc şair-publisit və aktiv blogerin lirik və oğqat şeirlərindən ibarət ilk e-kitabıdır...
Гюнель Анаргызы. «Нет, то есть да» (19 рассказ и две пьес). B сборник вошли 19 рассказов и две пьесы, созданные в 2002-2008 годах. Гюнель Анаргызы отметила, что стремилась поднять в своих произведениях интересующие общество актуальные вопросы.
"Arzular çiçəkləyəndə" (Şerilər toplusu). Ədəbiyyatda imzasını təzə-təzə tanıtdıran Səkinə Turabqızının şeirlər kitabının elektron variantı. Vətənpərvərlik, sevgi, təbiət mövzüsünda yazılmış bu poetik nümunələr oxucuların da marağına səbəb olar.
Rəsmiyyə Sabir. "Sahilsiz adam". İstedadlı yeni nəsil yazar-şair, tərcüməçi-publisist, gənc alim kimi tanınan Rəsmiyyə Sabirin türk dilində çıxan növbəti şeirlər kitabının elektron variantı. Gənc yazarların e-kitabı. Elektron Kitab N 36 (146 - 2012)
Gənc yazıçı-şair Elvin Mütaliboğlunun "Mənim də səmada bir ulduzum var" adlı şeirlərdən və poemadan ibarət üçüncükitabının elektron nəşri. Ümumilikdə Elvin Mütaliboğlunun indiyəcən 3 şeirlər toplusu və romandan ibarət bir kitabı işıq üzü görüb. Sözlərinə musiqilər bəstələnib, mahnılar və muğamlar oxunub.
Dilqəm Əhməd. "Bütün sevdiklərim..." (Poetik nümunələr). Gənc şair-publisist Dilqəm Əhmədin imzası oxuculara müxtəlif İnternet saytları və sosial şəbəkə resurslarından - ədəbiyyat portallarından yaxşı tanışdır. Onun bu bu yeni e-kitabına özünün şeirlərindən seçmələr toplanıb...
Gənc şair-alim Qalib Yağlıvəndli imzası oxuculara son illərdə yaxşı tanışdır. Onun bu ilk e-kitabına özünün şeirlərindən seçmələr və aforizmlər daxil edilib... Qalib Yağlıvəndli (Məmmədov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. O vətəninə, xalqına, sevdiklərinə qarşı olan hisslərini şeir şəklində ifadə etmişdir. Bu kitabda onun Tanrıya, vətənə, valideynlərinə, sevdiyi insanlara olan hisslərini ifadə edən şeirlərinin bir hissəsi toplanmışdır. Sevgini, məhəbbəti, yaşamağı, duymağı, ucalmağı öz duyğuları ilə şeirə çevirmişdir. Bu kitab bir növ müəllifin ilk kitabı olan “Sənli arzularım” kitabının davamıdır.
Elmar Vüqarlı. “Xəzərlən qəlbimdə” (Poeziya nümunələri). "Qəlbin sufi sədası" (Fəlsəfi-filologi tərcümələr). Gənc şair-mütərcim Elmar Vüqarlı imzası oxuculara, xüsusən də dünya fəlsəfəsi ilə maraqlananlara yaxşı tanışdır. Onun bu ilk e-kitabına özünün şeirlərindən seçmələr və müxtəlif tanınmış dünya alimlərinin fəlsəfi-elmi mətnlərindən tərcümələri daxildir...
İbrahim Sel. "Türk tarixi". Gənc yazar-araşdırmaçı İbrahim Selin ilk e-nəşri – onun yeni kitabı əsasında hazırlanıb. Müəllifin elə yazıları vardır ki, ciddi polemikalara uğrayacaq, digərləri isə əsl gənc araşdırmaçı qızğınlığı ilə qələmə alınıb...
Əkbər Qoşalı. «Ölümlərin ötəsi» (şeir və deyimlər). Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının bu kitabında onun şeir və deyimləri, habelə ona ünvanlanmış şeirlərdən örnəklər yer alıb.