
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 35 (145 - 2012)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Azərbaycan Gənclər Fondu:
Elvin Mütaliboğlu
"Mənim də səmada bir ulduzum var"
Gənc yazıçı-şair Elvin Mütaliboğlunun Gənc yazıçı-şair Elvin Mütaliboğlunun "Mənim də səmada bir ulduzum var" adlı şeirlərdən və poemadan ibarət üçüncükitabının elektron nəşri. Ümumilikdə Elvin Mütaliboğlunun indiyəcən 3 şeirlər toplusu və romandan ibarət bir kitabı işıq üzü görüb. Sözlərinə musiqilər bəstələnib, mahnılar və muğamlar oxunub.
YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012. E-nəşr N 35 (145 - 2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Gənc yazarın ilk e-kitabı" silsiləsindən bütün kitablarla buradan tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=167
Elvin Mütaliboğlunun oxuculara təqdim etdiyi "Mənim də səmada bir ulduzum var"adlı kitabında lirik və vətənpərvərlik məzmunlu şeirlər toplanmışdır.
Coşğun ürəkli gənclərin nəcib duyğuları, saf məhəbbəti, Vətən torpağının təbii gözəllikləri şeirlərinin başlıca qayəsini təşkil edir. Həssas şair səmimiyyəti, vətənpərvərlik,amal saflığı, Vətənə sədaqət kimi munis yaradıcılıq keyfiyyətləri kitabdakı əsərlərin mayasıdır..
Elvin Mütaliboğlunun bütün yaradıcılığı əxlaqın və mənəvi təmizliyin üzərində qurulmuşdur.
Günümüzün ağrılarının, faciələrinin, qəhrəmanlıq-larının nümunəsini yazan şair Azərbaycan poeziyasının həqiqətən qiymətli incisini yaradır. Sözlərinə çoxlu sayda musiqi bəslənməsi şair Mütaliboğlunun dilimizin zəngin söz xəzinəsindən necə məharətlə istifadə etdiyini göstərir.
Gənc şair Elvin Mütaliboğlu elinə-gününə bağlı,əsrinə,dövrünə bağlı bir şairdir. İlk dəfə 2008-ci ildə Bəstəkar Müğənni Elxan Zöhraboğlu "Sən mənimsən " şeirinə musiqi bəstələyib klip çəkdirmişdir. Müəlliflə əlaqə: elvin@mutaliboglu.com