Furqan Sadıq. "Yarpaqların intihar fəsli..." Poetik toplu. Gənc şair Furqan Sadıqın sizlərə təqdim olunan ilk şeirlər kitabında “Nəğmə oxuyan yarpaqlar” başlığı altında təbiət şeirləri, “Yolların yol yoldaşıyam” başlığı altında isə fəlsəfi şeirləri yer alıb. Kitabda həmçinin, “Pıçıltılar” adlı kiçik şeirlər verilib.
Zəka Vilayətoğlu. "Şah ölüm" (Roman). Yeni nəsil yazarlardan sayılan Zəka Vilayətoğlunun növbəti bədii nəsr kitabına onun yeni maraqlı romanı daxil edilib... E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Şah ölüm” romanı, Azərbaycan tarixinin müəyyən bir dövrünü (on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəlləri) özündə əks elətdirir.
Yeqzar Cəfərli. “Uçurum”! – Bu toplu gənc dostumuz Yeqzar Cəfərlinin bədii kitabıdır. O, yaradıcılığa ədəbiyyatın ən mürəkkəb sahəsi olan ədəbi tənqiddən başlayıb. Bilirsiniz – yazarlar yaradıcılığa “istedadın üzə çıxmasının ən qolay yolu” sayılan şeirlə başlar, bu da olmazsa kiçik hekayələrlə başlarlar adətən. Ancaq Yeqzar hələ III kurs tələbəsiykən böyük ədəbiyyatçı alim Əli Fəhmi haqqında araşdırmalar aparmış, 2011-ci ildə “Adiloğlu” nəşriyyatında “Əli Fəhmi dünyası” monoqrafik kitabını çap etdirmişdir. Bununla da yetinməyən gənc yazar respublika mətbuatında ardıcıl olaraq öz publisistik və tənqidi yazıları ilə çıxış etməkdədir...
Zəka Vilayətoğlu. "Milena". Yeni nəsil yazarlardan sayılan Zəka Vilayətoğlunun növbəti bədii nəsr kitabına onun son illərdə qələmə aldığı maraqlı povest və hekayələri daxil edilib...
Günay Səma Şirvan. "Ayrılan yolların nəğməsi"... Yeni nəsil şairələrdən sayılan Günay Səma Şirvanın "Ayrılan yolların nəğməsi" adılı kitabında lirik-psoxoloji şeirləri, qədim yapon şeir formaları sayılan tanka və hokku üslubunda yığcam poetik nümunələri toplanıb...
Ülviyyə Tahir. "Şeytanın missiyası". İstedadlı gənc yazar Ülviyyə Tahir 1980-ci ildə Göyçayda anadan olub, 1998-ci ildə BDU tarix fakultəsinə daxil olub, oranın məzunudur. Uşaqlıqdan yaradıcılıqla məşgul olsa da, 4 ildir ədəbiyyata ciddi bir iş kimi önəm veririr. Dövri mətbuatda ardıcıl çap olunur, keçən il ilk kitabı - " Şeytanın missiyası" adı altında işıq üzü görüb. İkinci kitabı çapa hazırlanır, bu yaxınlarda işıq üzü görəcək. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Aynur Lətifova. "Ölüm sevinci". Povest. Gənc yazarın yeni lirik-psixoloji povestindən ibarət "Ədəbi eksperimentlər" silsiləsindən dördüncü e-kitabı oxucuların ixtiyarına buraxırıq... Bu bədii nəsr əsəri müəllif redaktəsində verilir....
Orxan Bahadırsoy. "Sevgi şeirəri". Gənc şairin bu poeziya nümunələrini "Ədəbi eksperimentlər" silsiləsindən üçüncü e-toplunun oxucuların ixtiyarına buraxırıq... Bu kitabda müəllifin sevgi-məhəbbət mövzusunda yazılmış bir neçə şeiri cəmləşmişdir. Ayrılıq, vüsal, xəyanət, sədaqət, nifrət, bağlılıq kimi müxtəlif hislərin vəsfi, əbədi və sadiq eşqin tərənnümü şeirlərin qayəsidir. Müəllif redaktəsində...
Sara Selcan. "Yovşanlı düzlərdə üzü küləyə". Poetik toplu. ”Yovşanlı düzlərdəüzü küləyə” gənc şairin oxucularla ilk görüşüdür. Bu kitabda zərif hisslərdən cilalanmış duyğular, ülvi düşüncələr, vətən ağrılarışeirəçevrilərək müəllif tərəfindən orjinal, poetik deyimlə təqdim edilir.
Qalib Şəfahət. “Əllərindəki Göyüzü”. Poetik toplu. Qalib Şəfahət 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Həkim-kardioloq işləyir. “Mənə ürək verin” adlı ilk şeirlər kitabı 2010-cu ildə yayınlanıb. Bu onun oxucularla növbəti görüşüdür...
Ramilə Qardaşxanqızı. “Arzularımın səni” kitabı gənc və istedadlı xanım yazarımız Ramilə Qardaşxanqızının oxucularla ilk görüşüdür. Dünyaya göz açdığı Laçın torpağının, Qarabağın sevgisini qələmə sarılaraq yaşadan Ramilə xanım, doğma yurda, yaşadığı cəmiyyətə, ailə üzvlərinə ithaf etdiyi, həmçinin sevgi şeirləri oxunaqlı və düşündürücüdür. Əminliklə qeyd edə bilərəm ki, Ramilə Qardaşxanqızının “Arzularımın Səni” adlı bu kitabı hər birimizin arzuladığı və sevə-sevə oxuduğu kitab olacaq.
Samir İmanov. “Özünlə fəxr et…” vəziyyətin necə olursa olsun, ÖZÜNLƏ FƏXR ET!.. Kitab həyatının çox üzünü görmüş insanların taleyindən və ömür savaşından bəhs edilir... Müəllif redaktəsində... “Ədəbi eksperimentlər”: 01 (49 - 2013)