Gülnarə Sadiq. "Paralanmış ürək". Bədii nəsr nümunələri. Kitabda müəllifin qələmə aldığı gənclik, vətənpərvərlik, sevgi-məhəbbət, anaya, torpağa, yurda sevgidən qaynaqlanan nəsr nümunələri toplanıb. Gülnarə Sadiq, yalnız şeirlər yazmır, onun epik janrda da əsərləri də özünəmxsusluğu ilə seçilir.
Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.
"Səs... Söz... Rəng...". Toplu. (Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik...). Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində işıq üzü görüb.
Amid Əlioğlu. "İntihar edənlərin qatili". Roman. Bu əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, axıcı - rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır.
Günay Səma Şirvan. "Tanrının hekayəsi". Bu kitab gənc şairənin "Ayrılan yolların nəğməsi"ndən (Bakı-2013) sonra oxucularla ikinci görüşüdür. Kitabda şairin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanmışdır.
Zaur Ustac. “Oriyentir ulduzu”. (Yeniyetmələr üçün. Povest). Kitab yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə qələmə alınıb... "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihə
Qismət. "Meqapolis hüznləri". Modern şeirlər toplusu. Bu kitaba çağdaş ədəbiyyatımızın parlaq imza sahbi, intellektual poeziyamızın istedadlı nümayəndəsi, gənc şair Qismətin son illərdə qələmə aldığı modern və postmodern poetik əsərlərdən nümunələr toplanıb.
Əvəz Qurbanlı. "Canlı dirəklər". Hərbi-vətənpərvərlik romanı. Bu kitaba gənc satirik şairin ilk irihəcmli bədii nəsr nümunəsi - romanı daxil edilib. “Gənc yazarların ilk e-kitabı”: Elektron Kitab N 09 (65 - 2015)
Yusif Nazim. "Şou dünya". Poetik toplu. Kitaba gənc şairin oxunaqlı poetik əsərləri - satiralar, sevgi vә digәr mövzularda yazılmış şeirlәr aforizmlәr daxil edilib. Bu kitab cәmiyyәtdәki “gözәllik”lәrә güzgü tutan satirik şeirlәrdәn, sevgi vә digәr mövzularda yazılmış nәzmlәrdәn vә müәllifin dünyaya indiki baxış tәrzini әks etdirәn aforizmlәrindәn ibarәtdir.
Ruzbeh Məmməd. "365 gün". Poetik toplu. R.Məmməd iki kitabın müəllifidir. Müxtəlif mətbuat orqanlarında şerləri çap olunmuşdur. Kitaba gənc şairin oxunaqlı poetik əsərləri daxil edilib.
İntiqam Yaşar. "İlk görüş". Poetik toplu. Kitabda ən son ədəbi nəslin istedadlı nümayəndələrindən biri hesab olunan İntiqam Yaşarın qələməaldığı maraqlı - oxunaqlı poetik-lirik əsərləri toplanıb.
Əvəz Qurbanlı. "Təzə zarafat". Poetik toplu. Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 59 (04-38 - 2014)