Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Söz sizindir

Müəllif:

Firuzə Məmmədli


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Yeni poetik topluda tanınmış şairə-alim Firuzə Məmmədlinin son illərdə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərin əksər hissəsi ilk dəfədir ki, nəşr olunur. 


Baxış sayı: 120
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında



“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası


Elektron kitab N 86 (16 - 2021)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB


Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:

https://kitabxana.net



Rəsmi FB səhifəmiz:


www.facebook.com/groups/kitabxana



Firuzə Məmmədli


 

Söz sizindir


 

Poeziya kitabı


 

Bakı - YYSİB – 2021




Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2021


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Yeni poetik topluda tanınmış şairə-alim Firuzə Məmmədlinin son illərdə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərin əksər hissəsi ilk dəfədir ki, nəşr olunur. 



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Tərcümeyi-hal

 

Firuzə Məmmədli - Firuzə Nurəddin qızı Məmmədova  – 1940-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunun Canaxır kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1949-1958-ci illərdə Hülövlü kənd orta məktəbində oxumuş və orta təhsilini gümüş medalla başa vurmuşdur. 1955-ci ildə əla təhsil və məktəbyanı təcrübə sahəsində yetişdirdiyi yeni meyvə sortlarına görə Ümumittifaq Kənd Təsərrüfat Sərgisinin bürünc medalına layiq görülmüşdür.

1960-cı ildə Quba Tibb Texnikumuna daxil olmuş və 1963-cü ildə texnikumu əla qiymətlərlə bitirmişdir. 1964-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil - ədəbiyyat fakültəsinə daxil olmuş, 1968-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

1968-70-ci illərdə təyinata əsasən Naxçıvan şəhər Pedaqoji Texnikumunda və ADPU-nun (o vaxt üçün V.İ.Lenin adına APİ) Naxçıvan filialında müəllim işləmişdir.

1970-ci ildə Bakıya qayıdaraq bitirdiyi İnstitutun Azərbaycan dilçiliyi kafedrasında işə qəbul olunmuşdur. 1980-cı ildə “Y.V.Çəmənzəmənlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1990-cı ildən Müasir Azərbaycan dili kafedrasında işləmiş və dosent vezifəsinə kimi yüksəlmişdir.

Firuzə Məmmədova dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi ictimaiyyətinə yaxşı tanışdır. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş “Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biri olmuşdur. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunmuşdur.

Firuzə Məmmədova bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O onlarla magistrantın elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət Pedoqoji Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun da xüsusi xidmətləri vardır.

“Gümüşü damla” adlanan ilk kitabı 1973-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilmişdir. Bundan sonra nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Dilək yaxasına dönnəm yenidən”, “Aşacağam zaman adlı sədləri” “Dərd üzünü gizləyir”, “İki damla dəniz”, “Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz sizindir” və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 2002-2019-cu illər ərzində şairənin on cildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır.

Firuzə Məmmədova (Məmmədli) qələmini nəsr və tərcümə işi sahəsində də sınamış dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər görmüş - rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir.

Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə edilmişdir.

1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub.

Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.

Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-nun 90 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Firuzə xanım hələ tələbəlik illərində (1965-ci il) Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda gənclər hətəkatına qoşulmuşdur.

Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.

 

* KİTABLARI

1. Gümüşü damla. Bakı, “Gənclik”, 1972, 48 s.

2. Yoluma bahar düşüb. Bakı “Gənclik”, 1978, 54 s.

3. Sənin ömrün. Bakı, “Yazıçı”, 1982, 60 s.

4. Yetkinlik. Bakı, “Yazıçı” 1989,127 s.

5. Bir qarış ucalıq. Bakı “Gənclik”, 1995, 167 s.

6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). Bakı, ADPU, 1997, 85 s.

7. Məni mənlə bölən dünya. Bakı “Gənclik”, 1999, 266 s.

8. “Seçilmiş əsərləri” I c. Bakı, “Nurlan”, 2002, 432 s.

9. “Seçilmiş əsərləri” II c. Bakı, “Nurlan”, 2002, 446 s.

10. “Seçilmiş əsərləri” III c. Bakı, “Nurlan”, 2004, 550 s.

11. Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri. (Monoqrafiya), Bakı, ADPU, 2005, 166 s.

12. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili (proqram). Bakı, ADPU, 2005, 16 s.

13. Ömrün axarı. Bakı “Gənclik”, 2005, 320 s.

14. Dilək yaxasına dönnəm yenidən. Bakı, “Vektor”, 2006, 256 s.

15. “Seçilmiş əsərləri” IV c. Bakı, “Nurlan”, 2008, 430 s.

16. “Seçilmiş əsərləri” V c. Bakı, “Nurlan”, 2009, 412 s.

17. Aşacağam zaman adlı sədləri. Bakı “Elm”, 2010, 159 s.

18. İki damla dəniz. Bakı, “Adiloğlu”, 2011, 181 s.

19. Dərd üzünü gizləyir. Bakı, “Adiloğlu”, 2011, 159 s.

20. Azərbaycan dilinin linqvistik ekvivalentlər (dərs vəsaiti). Bakı, ADPU, 2012, 45 s.

21. Azərbaycan ədəbi dili (dərs vəsaiti). Bakı, ADPU, 2012, 49 s.

22. “Seçilmiş əsərləri” VI c. Bakı, “Nurlan”, 2012, 417 s.

23. “Seçilmiş əsərləri” VII c. Bakı, “Nurlan”, 2013, 412 s.

24. “Seçilmiş əsərləri” VIII c. Bakı, “Nurlan”, 2016, 420 s.

25. “Söz macalı”, “Qanun” nəşriyyatı, 2017.

26. “Seçilmiş əsərləri” IX c. Bakı, “Nurlan”, 2018, 420 s.

27. “Seçilmiş əsərləri” X c. Bakı, “Nurlan”, 2019, 500 s

28. “Nə yaxşı yaxamda söz meddalım var”, “Şirvannəşr”, 191 s.

29. “Dünya gözəlliklə dolu”, “Elm və Təhsil”, 2021, 216 s.

30. “Savaş fəsli”, “Elm və Təhsil ”, 2021, 192 s.

31. “Söz sizindir”, “Elm və Təhsil”, 2021, 189 s.

6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab.

 

* DÖVLƏT, BEYNƏLXALQ MÜKAFAT VƏ DİPLOMLARI

1955-ci ildə Ümumiittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı.

1959-cu ildə Orta məktəbi bitirməklə bağlı gümüş medalı.

1992-ci ildə Türkiyədə düzənlənən Beynəlxalq şeir müsabiqəsinin “Əlişir Nəvai” mükafatı.

2007-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı.

2008-ci ildə Prezident təqaüdü.

2012-ci ildə “Tərəqqi” medalı.

2016-cı ildə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı.

2017-ci ildə “Qızıl kəlmə” mükafatı.

2019-cu ildə “Nəsimi” mükafatı.

2020-ci ildə Azərbaycam MİHİRK-nin fəxri fərmanı.

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı.

2021-ci ildə “Əmək” ordeni.

Bundan əlavə müxtəlif illərdə xarici ölkələrdə keçirilən şeir şölənləri və müsabiqələrin xüsusi diplomları və sertifikatları.