Mehman Süleymanov. "Şah İsmayıl Səfəvi". Tarixi-qəhrəmanlıq elmi araşdırması. Kitab Azərbaycan xalqının dövlətçilik tarixində yeni bir səhifə açmış, Səfəvilər sülaləsinin əsasını qoymuş, görkəmli sərkərdə, məharətli döyüşçü, istetdadlı şair Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə həsr edilmişdir.
Azadə Novruzova. "Sən mənim ağ kitabım". Vətən mövzulu şeirlər və esselər kitabı. Azadə Novruzovanın «Sən mənim ağ kitabım» adlı şeirlər və esselər toplusunda vətən, sevgi, ictimai məzmunlu yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İlham Əliyev. "Gecənin rəngi". Vətənpərvərlik mövzusunda roman. Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" romanı Dağlıq Qarabağ müharibəsində baş verən hadisələrdən bəhs edir. Romanda əsgərlərimizin qəhrəmanlığı, komandirlərin peşəkarlığı döyüşlərin başlandığı ilkin dövrdə Azərbaycanın özünü müdafiə dəstələrinin Dağlıq Qarabağda böyük əraziləri düşməndən azad etmələri öz əksini tapmışdır.
Aqşin Mistanlı (Əliyev. "Haftoni: qəlbimdəki yeddi bulaq". Etnoqrafiq-vətənpərvərlik kitabı. Kitabda doğma el-oba, Qarabağ şəhidləri, müharibə veteranları haqqında maraqlı hissələrlə gənclərdə vətənə sevgi duyğuları aşılanmağa çalışılır.
Vasif Əlihüseyn. "Divara yazılmış azadlıq sözü". Gənc şairin poetik-vətənpərvərlik toplusu. Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi motivləri də önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.
Əkrəm Rəhimli (Bije). "Seyid Cəfər Pişəvəri. Mübarizə burulğanında keçən ömür". Güney Azərbaycan Demokratik Respublikasının banisi haqqında tarixi-elmi araşdırma, hərbi-vətənpərvərlik kitabı.
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları". Ədəbi-publistik, hərbi-vətənpərvərlik kitabı. Kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir.
Ramiz Abbaslı. "Ximera". Roman. Hərbi-vətənpərvərlik mövzusunda bədii nəsr kitabı. Vətəndaşın satqın çıxıb öz vətəninə, xalqına xəyanət etməsi yenilik deyil, bu cür hadisələr olub və olacaq. Düşmən tərəf belələrinin xidmətindən çox məmnuniyyətlə istifadə edir. Əvvəllər qayda beləydi ki, təhlükəli virus daşıyıcıları olduqları üçün onları məhv edirdilər. İndiki zamanda bu, qadağandır. Ona görə də vətən xainləri yaşayır, təhlükəli virusun yayılmasına şərait yaradırlar. Yazıçı Ramiz Abbaslının "Ximera" romanında bu məsələdən söz açılır.
Güləmail Murad. "Aprel döyüşləri". Hərbi-vətənpərvərlik mövzusunda kitabı. Kitab Azərbaycan Milli Qəhrəmanı, 2016-cı il aprelində qəhrəmancasına şəhidlik zirvəsinə qalxmış polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyevin həyat və döyüş yolunun ədəbi tarixçısidir.
Şirin xanım Kərimbəyli Şadiman. "Yol gedirik". Vətənpərvərlik mövzusunda poeziya kitabı. Şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığında Vətən mövzusu əsas xətt kimi gənclərə çatdırılır. AGF və YYSİB - 7
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XV cild. Azərbaycan və dünya ədəbiyyatında ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır.
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XIV cild. Azərbaycan və dünya ədəbiyyatındailk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır