Lənkəranlı pedaqoq, araşdırmaçı-yazar A.Əliyevin bu yeni sənədli kitabı və II Qarabağ müharibəsi, orada gedən mürəkkəb qlobal, regional proseslər, igidliklə vuruşan Milli Ordumuzun hərbişiləri, cənublu qəhrəman döyüşçülər haqqında maraqlı tədqiqat əsəridir.
Kitab 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri – şəhid polkovnik-leytenant, əslən Biləsuvardan olan Əkbərov Orxan Nadir oğlunun döyüş yolundan bəhs edir.
Vətənpərvərlik və Qarabağ mövzusunda qələmə alınan kitabda müəllifin ayrı-ayrı vaxtlarda yazdığı şeirlər cəmlənib. Oxucularla ilk görüşü olan müəllif Şahid Astaralının bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İki dildə talışca və azərbaycanca yazıb-yaradan şair, nasir, tənqidçi, ədəbiyyatşünasın bu yeni kitabında Qarabağ şəhidi Elşən Hümmətova həsr etdiyi “Talış dağlarının şəhid balası” poemasında və şeirlərində vətənpərvər şair olaraq ali hisslərini təsvir, sevgiylə tərənnüm edir.
Uzun illərdi sahibkar kimi çalışan, xeyirxah insan kimi tanınan və sevilən Xuraman Muradova vətənə, xalqa olan sevgi hisslərini, duyğularını poeziyanın dilində qələmə almağı bacarıb. İncə ruhlu şeirləri ilə oxucu qəlbinə yol tapıb.
Əslən Lerikdən - II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş romanı.
Əslən Lənkərandan olan istedadlı şair-publisitin bu poetik kitabı Vətən - I və II Qarabağ müharibəsinin poetik tarixçəsi, Zəfərin estetik carşısı kimi torpaq uğrunda vuruşan, şəhid olan, əbədiyyətə qovuşan qəhrəman haqqındadır.
AYB Lənkəran bölməsinin sədri istedadlı yazıçı Qafar Cəfərli və istedadlı şairə Xatirə Xatunun həmmüəllifliyi iləişıq üzü görmüş bu kitab II Qarabağ müharibəsində tarix yazan, Vətən, torpaq uğrunda şəhid olan və doğulduqları torpaqda əbədiyyətə qovuşan 63 nəfər lənkəranlı qəhrəman haqqındadır.
Bu kitab I və II Qarabağ döyüşlərində canlarını fəda etmiş Sarvan kəndinin şəhid övladlarına həsr olunub. Kitabda həmçinin müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər və poema, qazi və qəhrəmanlar haqqında yazılar öz əksini tapıb.
Kitabın ana xətti “vətən” dediyin torpağa bağlılıq-vətən sevgisidir. Kitabda bu duyğularla yazılan şeir və hekayələr, eləcə də Birinci və İkinci Qarabağ savaşının şəhidləri, qaziləri haqda esselər yer alıb. Kitabdakı yazılar vətəndən halallıq almaq kimi ali bir duyğuya köklənib. “Torpaq” həm də müəllifin, bütün ağrı-acısına baxmayaraq 44 günlük savaşın qələbə sevincini bizə yaşadanlara, Şuşa ilinə tövhəsidir.
Bu kitabda Azərbaycan torpaqları uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Lerikli Cəbrayıl Atamalı oğlu Ağayevin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaətlər və onun haqqında ayrı-ayrı qələm adamlarının, yaxınlarının, dostlarının, döyüş yoldaşlarının fikirləri öz əksini tapmışdır. İnanırıq ki, bu kitab oxucuların maraq dairəsinə uyğun bir kitab olacaq.
İstedadlı jurnalist, yazıçı-publisistin Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğularaq boya-başa çatmış, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmış vətən övladlarımız, qazilər və qəhrəmanlar, eləcə də Əfqanıstan veteranları haqqında bədii-sənədli, publisitik məqalələr toplusu. İkinci, təkmilləşdirilmiş nəşri.