Son gediş. Gənc yazardan növbəti bir hekayə! 1986-cı il sentyabrın 3-də, Rusiyanın Arxangelsk vilayətinin Yuxarı Toyma rayonunun Divins qəsəbəsində 31 yaşında, iş başında qəhrəmancasına həlak olmuş milis baş leytenantı, sovet milis əlaçısı, idman ustası vəelə Arxangelsk vilayətinin eyni adlı rayonunda adına küçə olan,üzünü belə görmədiyim əmim - İsayev Sərxan Qələndər oğlunun əziz xatirəsinə...
"Azərbaycanın baş nazirləri". Kitabda 1918-ci ildən 2003-cu ilə qədər Azərbaycan Respublikasının baş naziri vəzifələrində işləmiş ictimai-siyasi, dövlət xadimləri barədə geniş məlumatlar yer alıb...
"Seçilmiş əsərlər". Kitaba görkəmli rus yazıçısı və satirik şairi Mixail Yevqrafoviç Saltıkov-Şedrinin Azərbaycan dilinə çevrilmiş seçilmiş əsərləri daxil edilib.
Zaur Qəriboğlu. "Aldadılmış ər" kitabı gənc yazıçının oxucularla üçüncü görüşüdür. Yazıçının bu kitabda müasir həyatın, müasir insanlarının problemlərindən bəhs edən bir neçə əsərləri toplanmışdır. "Aldadılmış ər" povestində gənc, şou - bizness aləmində məşhur olan bir müğənninin qalmaqallı taleyi, həyatında buraxdığı ciddi səhvlər nəticəsində sevdiklərini itirməsindən bəhs edilir. Bununla yanaşı kitabda gənc nasirin son illərdə qələmə aldığı bir neçə maraqlı hekayələri və ilk qələm təcrübəsi olan kiçik əsərləri də toplanmışdır. Kitabda müəllifin "Mənim böyük dünyam" adlı gündəliklərindən, "Əsgərlik anlarından qeydlər" silsiləsində isə əsgər həyatilə bağlı iki hekayəsi də oxucuların ixtiyarına verilmişdir.
"Əruz vəzninin sadələşdirilmiş qəlibləri". Gənc intellektualdan klassik Şərq - ərəb-fars-türk poetik texnologiyalar haqqında çox maraqlı bir elmi-filoloji araşdırma... Kitabda əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcəmizə və folklorumuza uyğunluq məsələlərinə toxunulmuş, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan şeirində işlənən əruz bəhrlərinin sadələşdirilmiş qəlibləri tərtib edilmişdir. Kitab şeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
"Mənim odlar diyarım" (Şeirlər). Gənc şairin bu poetik toplusu vətənpərvərlər və millətsevər oxuculara xoş duyğular bağışlayacaq... Kitabda müəllifin vətənpərvərlik, sevgi, satirik və digər mövzularda olan şeirləri toplanmışdır. Kitab bədii ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
"İntihar". Problemli bir ailədə böyüyən bir qizin psixoloji travmalı həyatə və intihar cəhdləri barədə gənc yazarın qələmə aldığı povest... Anası ilə kliniki ölüm zamanı görüsməsi onu yenidən həyata qaytarır...
Gənc müəllifin oxuculara təqdim olunan bu ilk kitabında fantastik, elmi-fantastik povest və hekayələr, eləcə də mənzum təmsil, miniatürlər yer alıb. Povestlərdə kainatda, qalaktikalarda, planetimizdə gedən təbii prosseslərdən, mövcudluğu təxmin olunan sivilizasiyalararası əlaqələrdən gənclərin romantik eşq məcaralarından bəhs edilir. Təmsillərdə isə heyvanların timsalında mərdlik, məğrurluq, zəhmətkeşlik aşılanır. Hekayələrin əsasında müxtəlif hadisələrə yazıçının maraqlı münasibəti durur. Ailə münasibətlərinin sirlərini açıqlamağa çalışan müəllif qəribə nəticələrə gəlir.