Nəzrin Babazadə. “Biznesin rəqabət üstünlüklərinin təmin edilməsində innovasiya prosesinin rolu”. Elmi araşdırma. Biznes sferasında innovasiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə müasir yanaşmaların tətbiqinə dair.
Nəriman Həsənzadə. "İstiqlal aşiqi... Mübariz İbrahimov". Poema. Xalq şairinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi lirik-epik kitab.
Nərgiz Quliyeva. "Etnoqrafiya və etnologiya". Elmi nəşr - dərs vəsaiti. Turizm təhsili alan və bu sahədə alternativ metodlarla bilgilərini artırmaq istəyən şəxslər üşün elmi vəsait: kreativ - mədəni turizm həm də xaricilərə xalqı tanııdılmalıdır.
Natalya Xarlampyeva . "Mənim rəfiqəm aprel". Poetik tərcümə - şeirlər kitabı. Saxa (Yakutiya) Respublikasının Xalq şairi Natalya xanım Xarlampyevanın Azərbaycanda ilk dəfə çıxan kitabında rusca və ingiliscə seçmə şeirləri tanınmış azərbaycanlı şair-tərcüməçilər tərəfindən dilimizə çevrilib...
Nurəddin Ədiloğlu. "Yaralı qu quşları". Hekayәlәr, povest, dram, tәrcümә, müәllifin әsәrlәri haqqında mәqalә vә mәktublardan nümunәlәr. 60 illiyi әrәfәsindә o, «Yaralı qu quşları» nәsr kitabı ilә oxucuların görüşünә gәlir. Kitaba son illәrdә yazdığı hekayәlәrlә yanaşı “Adәm vә Hәvva” povesti, “Şәhid lәr anası” dramı da daxil edilib. Yeni hekayә lәrindә tәs vir olunan zaman vә mәkan mәsәlәsi xüsusi әhәmiyyәt kәsb edir. Müәllifin hekayәlәri tәsvirlәrin dәqiqliyi vә dәqiq olduğu qәdәr dә emo sionallığı ilә diqqәti cәlb edir.
Nurəddin Ədiloğlu. “Mənim Bağdagül nənəm”. (Publisistik məqalələr, esselər, oçerk və hekayətlər). Müəllifin oxuculara təqdim etdiyi bu kitabında toplanmış bədii-sənədli hekayətləri yarıməsrlik bir dövrü əhatə edir.
Niyaz Niftiyev. “Mətbuatda multikulturalizm”. Elmi əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər əsasında ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VI cild (Publisist əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin ədəbi-publisist əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb.