A.A.Əlizadə, E.M.Səmədov. "İslam. Tarix, fəlsəfə və hüquq. Ensiklopedik lüğət. Ensiklopedik lüğətdə kəlam, fəlsəfə, hədis, təfsir və digər İslami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilmişdir.
Ağami Bağırlı. "Zuhunmuniş hi... Duhunmuniş hi..." - "Dilimiz də... Sözümüz də..." Dağ yəhudiləri - tat dilində. Poetik toplu: şeirlər, bayatılar, poema. Bu nəşr Ağami Bağırlının oxucularla ikinci poetik görüşüdür və müəllifin ana dlində - tat dilində qələmə alınıb.
Afaq Şıxlı. "Sənə demədiklərim" - Rusiyadan yazıb-yaradan şairə-tərcüməçinin sayca səkkizinci kitabıdır. Burada, şairənin heca və sərbəst vəzndə yazılmış şeirləri, eləcə də, dördlüklər yer almışdır. Kitabin birinci bölməsindəki şeirlər xronoloji olaraq düzülmüşlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" layihəsi başlandı... Layihə haqqında geniş məlumatlar.
Amid Əlioğlu. "İntihar edənlərin qatili". Roman. Bu əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, axıcı - rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır.
Aleksandr Düma (Ata). "Qafqaz". Aleksandr Dümanın "Qafqaz" əsəri Qafqazın tarixi, coğrafiyası, onun qoynunu özünə məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır. Əfsanəyə görə, "bəşəriyyətin beşiyi" adlandırılan Qafqazı Avropaya tanıtmaq məqsədilə onu qarış-qarış gəzən yazıçı Bakıda, Şamaxıda, Şəkidə olmuş və əsərin böyük hissəsini Azərbaycana həsr etmişdir.
Ağami Bağırlı. (Ağami Ağa oğlu Bağırov). "Xuta birom bə tati" (Bayatılar, tapmacalar, atalar sözləri, Azərbaycan şairlərindən çevrilmiş şeirlər). Tat dilində. Bu kitab Ağami Bağırlının çapdan çıxmış üçüncü kitabıdır. Tat dilinin şirinliyi və zənginliyi kitabdakı hər bir qələm nümunəsində diqqəti cəlb etməkdədir. Müəllif bu dilə olan bağlılığını göstərməyə çalışmış və buna nail ola bilmişdir. Kitab azsaylı xalqların tarixi və mədəniyyəti ilə maraqlanan mütəxəssislər üçün də gözəl mənbə sayıla bilər.
Aydın Talıbzadə. "İslam mədəniyyətində teatr və teatrallıq". АЙДЫН ТАЛЫБЗАДЕ. "ТЕАТР И ТЕАТРАЛЬНОСТЬ В КУЛЬТУРЕ ИСЛАМА". Elmi monoqrafiya, rusca. ТЕАТР И ТЕАТРАЛЬНОСТЬ В КУЛЬТУРЕ ИСЛАМА: поэтика форм проявления театра в средневековых странах Ближнего и Среднего Востока /Х-ХVI вв./...
Ann Filip. "Bir göz qırpımı". Tərcümə: Hamlet Qoca. Əslində Ann Filipə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (2012-ci il martın 16-dək edilmiş əlavə və dəyişikliklərlə). (Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir).
Afaq Şıxlı. "Yeddidən 1-i". Dünya ədəbiyyatından tərcümələr. Sayca yeddinci olduğundan, "YEDDİDƏN 1-i" adlandırdığım bu kitaba, rus və türk dilli yazarlarının əsərlərindən bədii tərcümələrim daxil edilmişdir.
Asif Həsənli. “Müsəlmanlara qarşı təcavüzkar siyasət”. İraqın ABŞ tərəfindən işğalı. Siyasi publisitika. Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02-05 (06 - 2014)