Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Aleksandr Düma (Ata). Aleksandr Dümanın "Qafqaz" əsəri Qafqazın tarixi, coğrafiyası, onun qoynunu özünə məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır

Müəllif:

Aleksandr Düma (ata)


Kateqoriya:

Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği



Qısa Təsvir:

Aleksandr Düma (Ata). "Qafqaz". Aleksandr Dümanın "Qafqaz" əsəri Qafqazın tarixi, coğrafiyası, onun qoynunu özünə məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır. Əfsanəyə görə, "bəşəriyyətin beşiyi" adlandırılan Qafqazı Avropaya tanıtmaq məqsədilə onu qarış-qarış gəzən yazıçı Bakıda, Şamaxıda, Şəkidə olmuş və əsərin böyük hissəsini Azərbaycana həsr etmişdir.


Baxış sayı: 1696
    
    


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği". Elektron kitab N 16-35 (74 - 2015)


Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" kreativ-innovativ layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net


Aleksandr Düma (Ata)


"Qafqaz"


Fransız dilindən tərcümə edən: filologiya elmləri namizədi Şamil ZAMANLI

Seriyanın məsul redaktoru: Eldar M. İSMAYILOV

Ədəbi redaktor: professor Qəzənfər PAŞAYEV

Ön sözün müəllifi: akademik Bəkir NƏBİYEV


Aleksandr Dümanın "Qafqaz" əsəri Qafqazın tarixi, coğrafiyası, onun qoynunu özünə məskən seçən çoxsaylı xalqların adət-ənənələri, mübarizəsi haqqında bədii-tarixi ensiklopediyadır. Əfsanəyə görə, "bəşəriyyətin beşiyi" adlandırılan Qafqazı Avropaya tanıtmaq məqsədilə onu qarış-qarış gəzən yazıçı Bakıda, Şamaxıda, Şəkidə olmuş və əsərin böyük hissəsini Azərbaycana həsr etmişdir.

Aleksandr Düma. "Qafqaz". Bakı, "Qafqaz", 2010, 496 səh. + 56 səh. illüstrasiya. ISBN 9952-432-41-0


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq


"Azərbaycan multikurtural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" silsiləsindən olan e-kitablarla buradan tanış olun:   http://kitabxana.net/?oper=readBook&id=2288


DİQQƏT!

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

Aleksandr Düma Azərbaycanda


"İstənilən hər hansı bir cəhd insan dühasının ilahiliyinin ilkin təsdiqidir. Uğur isə axırda gəlir".

Aleksandr Düma "Qafqaz səfəri"

Həyat bir yoldur - həm keçmişə, həm də gələcəyə aparan yol. Sabahı daha yaxşı görmək üçün yəqin ki, hərdən bu yolla geriyə də səyahət etmək lazımdır. Yol bələdçimiz isə bu dəfə Aleksandr Dümanın "Qafqaz səfəri" əsəridir. Söhbət Ata Dümadan gedir.
Tarixi sənədlər göstərir ki, o, 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olmuşdur. Səyahətinə Sankt-Peterburqdan başlayan Aleksandr Düma Moskva, Nijni-Novqorod, Saratov, Həştərxan, Qızlar, Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa-Şəki və Tiflisdən keçərək Potiyə, oradan İstanbula, daha sonra isə Marselə getmişdir. Səfərdən qayıtdıqdan sonra yazıçı Rusiya və Azərbaycanla bağlı "Qafqaz səfəri", "Qar yığını" və "Sultanetta" adlı əsərlərini qələmə almışdır. Bu səfər ona o qədər təsir göstərmişdir ki, Ata Düma Fransada "Qafqaz" adlı qəzet də nəşr etməyə başlamışdır.
Aleksandr Dümanı bu səyahətdə müşayiət edən məşhur fransız rəssamı Moynenin çəkdiyi rəsmlər səfər təəssüratlarına xüsusi bir gözəllik verirdi.
Aleksandr Dümanın Azərbaycanla ilk tanışlığı qədim Dərbənddən başlayıb. Onu qarşılayan azərbaycanlılar yazıçını xeyli təəccübləndiriblər. Onlar Dümanı belə salamlayırlar: "...Ey adlı-sanlı səyyah! Xeyli əvvəl qəzetlərdə xəbər vermişdilər ki, Siz bizim şəhərə gələcəksiniz. O vaxtdan biz Sizi gördüyümüz bu xoşbəxt günü gözləyirdik. Hörmətli qonaq, icazə verin bu gəlişinizə görə Sizə dərbəndlilər adından minnətdarlığımızı bildirək. Şəhərimizə gəlişinizi heç vaxt unutmayacağıq. Arzu edərdik ki, Siz də bizim şəhəri heç vaxt yaddan çıxarmayasınız!" - deyə dərbəndlilər onu yüksək səviyyədə qarşılayırlar. Bu görüşdən aldığı xoş təəssürat onu səfər boyu heç vaxt tərk etmir. Qarşıda Quba, Bakı, Şamaxı, Şəki və digər əsrarəngiz gözəlliklərə malik torpaqlarımız uzanmaqda idi.
"Toran düşəndə Qubaya yaxınlaşdıq. Əvvəlcə bizə elə gəldi ki, Quba göllərdən ibarətdir. Evlər isə göllərin içərisində tikilib. Göz yaşı kimi duru olan Samur çayının dibində yuvarlanıb gedən xırda çay daşları belə görsənir..." - deyə Aleksandr Düma gördüklərini qələmə alır. Bakıya çatmamışdan Sumqayıt yaxınlığında Şah Abbas karvansarasının xarabalıqlarını seyr edir, buradakı azərbaycanlıların qonağı olur: "Dörd kazak bizim çadırları arabadan düşürüb yolun o tərəfində qurana qədər biz lap yaxındakı çadıra sarı getdik. Divar qalıqlarına söykənən bu çadır deyəsən azərbaycanlıların başçısının idi. Çadırdakılar dövrə vuraraq Bakıdan Qafqaz dağlarında xidmətdə olan əsgərlərə apardıqları un kisələrinin üstündə oturmuşdular. Onlara yaxınlaşanda bir nəfər (görünür o, dəstənin başçısı idi) bizi qarşılayıb, qonaqpərvərlik əlaməti olaraq duz-çörək təklif etdi. Duz-çörəyi qəbul edib, biz də un kisələrinin üstündə oturduq. Onlar çörək bişirməklə məşğul idilər. Təzə yoğrulmuş xəmirdən kündə kəsir, yuxayayan üstündə yayır, sonra onu közlə qızardılmış sacın üstünə qoyurdular. Bizim qadınlar kətə və ya müxtəlif piroqlar bişirdikləri kimi, əvvəl onun bir tərəfini bişirir, sonra çevirirdilər ki, o biri tərəfi də bişsin. Onu isti-isti yeyirdilər. Sonra isə dəstədəki kişilərdən biri divardan asılmış ətdən bir parça kəsib xırda tikələrə bölərək üstünə duz səpdi. Tikələri çörək bişirdikləri sacın üstünə qoydular. Ət tüstülənə-tüstülənə qızarmağa başladı. Sən demə, onu bizim üçün bişirirlərmiş... İşarə etdilər ki, "Buyurun, çörək kəsin". Biz xəncərin qınına bağlanmış kiçik bıçaqlarla əla qızardılmış tikələri götürərək çörəklə yeməyə başladıq. Çox vaxt təmtəraqlı süfrə arxasında gözəl xidmət göstərilərək verilən yeməklərdən bu, daha ləzzətli idi...
Biz onların əllərini səmimiyyətlə sıxıb ayrılanda dəstənin başçısı yenə bizə duz-çörək təklif etdi. Bu, yerli xalqın adətidir. Onlar qonağın təkcə axşam yeməyinin deyil, səhər yeməyinin də qayğısına qalırlar...
Səhər oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardı. Lələ köçüb yurdu qalmışdı. Çöl dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm..."
Aleksandr Düma səyahət boyu ayrı-ayrı millətlərin nümayəndələri ilə görüşüb tanış olur. Onların hər biri haqqında yazdıqları indi də aktuallığını və əhəmiyyətini itirməyib: Bəzi millətlərdən danışarkən yazıçı qeyd edirdi ki, onlar həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan - Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə yalnız bir şey tapşıracaqlar: "Onlara etibar eləməyin. Onun nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o, and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar". A.Düma xüsusi qeyd edir: "Bir iş görərkən ehtiyatı əldən verməyin. Onun imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır".
Ermənilərdən danışarkən yazıçı xüsusi olaraq vurğulayır ki, onların gözlərində ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ yaşayır.
Onlar güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını orada tapmışdır. Nuhun gəmisi də Ermənistanda ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur.
Yəhudilər kimi, ermənilər də bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevriliblər.
O ki qaldı azərbaycanlılara, biz onlar haqqında yuxarıda danışmışdıq. Qafqaz qəbilələri ilə qaynayıb-qarışması azərbaycanlıların təbiiliyini daha da artırmışdır. Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır. Onların çoxu məmnuniyyətlə atçılıqla, maldarlıqla, qoyunçuluqla məşğuldur. Yaz gələn kimi dağlara köçür, payıza qədər orada qalırlar. Qadınlar yun əyirir və xalça toxuyurlar. Onların toxuduqları Quba, Şamaxı və Nuxa xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geri qalmır. Əksinə, İran xalılarından bir üstünlüyü var: bu xalılar yarı qiymətinə satılır. Eləcə azərbaycanlılar ağzı ülgüc kimi iti xəncər düzəldirlər. Qını zinətli, dəstəyi fil sümüyündən və gümüşlə işlənmiş belə bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı.
A.Dümanın səyahətindən yüz əlli il ötsə də, yazıçının milli mətbəximizlə bağlı fikirləri, xüsusilə kababı necə hazırlamaq barədə fransızlara tövsiyələri bu gün də maraq doğurur:
"Mən səyahət etdikcə öz biliklərimi artırıram. Belə ki, bir ləzzətli xörək növünə rast gələndə, elə həmin dəqiqə onun necə hazırlanmasını soruşub yazıram. Kabab mənim səyahət boyu rast gəldiyim ən dadlı, ən ləzzətli yeməkdir.
Odur ki, əziz oxucular, indi mən sizə kababı necə hazırlamağın təhərini deyəcəyəm. Əminəm ki, siz onu yeyəndə məni minnətdarlıqla yad edəcəksiniz. Nə isə...
Bir parça qoyun əti götürün, əgər tapa bilsəniz, döş əti olsun. Onu tikə-tikə doğrayın, soğan, duz, istiotla qarışdırıb basdırma edin. Onu bir qaba yığın və 15 dəqiqə saxlayın. Manqal qalayıb köz düşənə qədər gözləyin, sonra isə tikələri dəmir və ya ağac şişlərə keçirib, odun üstündə qızarana kimi o tərəfə-bu tərəfə çevirin. Sonra isə yeyin. Əgər imkanınız olsa, əti basdırma edərək bir gecə saxlayın. Kabab bişəndən sonra onun üstünə bir az sumaq əlavə edin. Onda daha da ləzzətli olacaq. Tələssəniz, bunlarsız da keçinmək olar. Yəni, əti doğrayıb kabab çəkin. Əgər şiş tapmasanız (birdən elə ölkəyə düşərsiniz ki, orada heç şişin nə olduğunu bilməzlər), onda tüfənginizin süngüsündən şiş kimi istifadə edin".
Aleksandr Dümanın Bakı haqqında fikirləri də diqqəti cəlb edir. O yazırdı: "Bakı - küləklər məskəni" deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünənlərinə, relyefinə görə Bakı Asiya şəhəridir..."
Tarixi abidələrimizdən danışarkən yazıçı Bakıda "Xan sarayı" və "Qurd qapısı"nın ("Qurd keçidi") adlarını da qeyd edir: "Xan sarayı" təqribən 1650-ci ildə Şərq memarlıq üslubunda Şah Abbasın oğlu 2-ci Abbas tərəfindən tikilmişdir. O, Qəndəharı fəth edəndən sonra 36 yaşında vəfat etmişdir. Şarden və Taverniye onun haqqında yazmasaydılar, bu hökmdar haqqında heç bir məlumatımız olmazdı. İndi tərk edilmiş "Xan sarayı"nın adamı məftun edən dəhlizi və izaha ehtiyacı olan bir salonu vardır. Bu, divanxanadır. Onun tən ortasında gizli zindana giriş vardır. Bu giriş sütunla örtülübmüş, lazım olanda kənara çəkərmişlər. Siyasi səbəblərdən gizli ölüm hökmləri burada yerinə yetirilərmiş. Deyirlər ki, zindan yeraltı keçidlə "Fatimə məscidi" ilə birləşdirilmişdir.

Bəxtiyar QARACA