Sədi Sadiyev. "Balkan türklərinin ədəbiyyatı" Elmi-filoloji monoqrafiya. “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır. Elektron kitab N 73 (23 - 2014).
Samuel A. Weems. "ARMENIA SECRETS OF A “CHRISTIAN” TERRORIST STATE". The Armenian Great Deception Series –Volume 1. St. John Press. (Shortened Version). Semyuel Uimz. "Ermənistan:Terrorçu "xristian" ölkənin gizlinləri". İngilis dilində.
Şəmsəddin Təbrizi. "Məqalat və ya Xirqeyi - Şəms". Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xə zinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani-Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.
Somerset Moem. "Həyati hadisələr". İngilis klassikindən ana dilimizdə maraqlı bir hekayə. Orijinaldan - ingilis dilindən tərcümə edən: Səfər İsgəndərli
Şəfa. “Bir şüşə günah”. Hekayələr toplusu. İstedadlı yazıçı Şəfanın bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı hekayələr və essesi daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının müxtəlif anlarında insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı qoruyub saxlamağı bacarırlar. Əsasən qadın yaşantılarını məharətlə bədii nəsrə gətirməyə başlayan yazıçı çağdaş ədəbiyyatımızda az işlənən bir sahəni inkişaf etdirməkdə iddialıdır...
Simon Beket. "Ölümün kimyası". Türk dilində. Dünyada ən çox oxunan əsərlərdən biri. Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. S.Beket jurnalist olmasına baxmayaraq, kriminal aləmin detalları və tibb dünyasının xırdalıqlarıyla əlaqədar verdiyi məlumatlar, təsvirlər insanı heyran edir.
Nizami Cəfərov. "Seçilmiş əsərləri". Beş cilddə. V cild. Elmi irsimiz seriyası N 15 (44 - 2013). Kitaba AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun Azərbaycan ədəbiyyatına, filologiya məsələlərinə həsr olunmuş elmi-kulturoloji əsərləri toplanıb...
Bu nəşr gənc şəhid - şairin sayca çap olunmuş dördüncü kitabıdır. Amma bu kitabda ilk dəfə olaraq onun seçilmiş əsərləri latın qrafikası ilə nəşr olunur.
Şeyxa Suad Əl-Sabah. "Məni günəşə apar".Kitabda çağdaş ərəb şeirinin görkəmli nümayəndəsi, Küveyt şairəsi Şeyxa Suad Əl-Sabahın müxtəlif illərdə qələmə aldığı şeirlərindən kiçik bir güldəstə təqdim olunmuşdur. Tərcümə edənlər: Bəsti Əlibəyli, Babək Əhmədov