Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Simon Beket. "Ölümün kimyası". Türk dilində. Dünyada ən çox oxunan əsərlərdən biri və Beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. S.Beket kriminal aləmin detalları və tibb dünyasının incəliklərini verir.

Müəllif:

Bələdçi


Kateqoriya:

Dünya ədəbiyyatı



Qısa Təsvir:

Simon Beket. "Ölümün kimyası". Türk dilində. Dünyada ən çox oxunan əsərlərdən biri. Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. S.Beket jurnalist olmasına baxmayaraq, kriminal aləmin detalları və tibb dünyasının xırdalıqlarıyla əlaqədar  verdiyi məlumatlar, təsvirlər insanı heyran edir.


Baxış sayı: 180
    
    


Simon Beket


"Ölümün kimyası"


Türk dilində


Dünyada ən çox oxunan əsərlərdən biri.  


"Ölümün kimyası" - The Chemistry of Death - Simon Beckett



Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. Simon Beckett jurnalist olmasına baxmayaraq kriminal aləmin detalları və tibb dünyasının xırdalıqları ilə əlaqədar  verdiyi məlumatlar və təsvirlər insanı heyran edir. İnsanı yuxusuz qoya bilən kitabdır. Yəni növbəti səhifəsində nə var deyə maraqla, həyəcanla və böyük gözləntilərlə oxuduğum kitablardandır. Bu ayrıca kateqoriyadır mənim üçün. “Növbəti səhifədə nə var? və ya Növbəti səhifədə nə olacaq?” hissinin hakim olduğu qrup. Elə kitablar,romanlar var ki, sadəcə oxuyursan və insanı çox həyəcanlandırmır. Dedektiv və qorxunun birləşməsi isə Ölümün kimyasını bizlərə təqdim etmişdir. Siyasi dedektivləri sevmirəm amma məişət dedektivi + “korku gerilim” çox əla bir sintezdir mənim üçün. Tess Gerritsen kitabları ilə müqayisə etdiyimdə daha çox bəyəndiyimi deyə bilərəm. Düzdür, Tess Gerritsenin üslubu Simon Becketdən müəyyən qədər fərqli və qorxuya meyillidir. Kitabın sonu isə xüsusi vurğulanmalıdır. Tam hər şey qurtardı deyə bir oh etmək istəyəndə hər şey birdən birə yenidən dəyişir və belə final mənim çox xoşuma gəlir. Romanı sevməyimin digər səbəbləri arasında əlbəttə ki, romanın obrazları və klostrofobik mühitdir. Obrazlar keçmişləri səbəbiylə kiçik bir qəsəbədə yaşamağa məcburdular. Bu kiçik qəsəbə onların ortaq keçmişini və bugünkü ortaq yaşamını ifadə edir. Sadəcə dedektiv və qorxu  var deyə yox əlbəttə. Eyni zamanda əsas obraz olan David şəxsi həyatı çox əla təsvir olunmuşdur (keçmişi ilə sağollaşa bilməməsi). Bəzən ətrafıma diqqətlə baxıram və ətrafımda ciddi psixoloji xəstə insanları görürəm (elə biri qapı qonşumuzdur). Romanda xəstə psixologiyanın cəmiyyətə vurduğu ziyan yaxşı təsvir olunmuş və fəsadları açıqlanmışdır.Yazıçının digər romanları: Ölülərin Fısıltısı və Sümüklərin Şifrəsi də çox maraqlı səslənir. 
Araşdırmalarım isə digər maraqlı nəticəyə apardı məni: Bəziləri kitabı üz qabığına diqqətlə baxmağımızı və daha sonar kitabı tərs çevirib orada nə gördüyümüzü soruşurlar. Mən də sizdən soruşum: Nə görürsüz?
http://niftiyevibrahim.blogspot.com/2012/03/olumun-kimyas-chemistry-of-death-simon.html