Etibar Vəliyev. "Analı dünyam". Poeziya kitabı. AYB üzvü, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, Lənkəranda yazıb-yaradan istedadlı şair-publisitin lirik-ictimai şeirlərindən ibarət yeni e-kitabı.
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların növbəti poetik toplusu. II kitab. Bu toplu Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.
Zaur Ustac. "Çəhrayı kitab". Kitabda Zaur Ustacın ana dilimizdəki bəzi spesfik hərf və səslər barədə fikirləri, eyni zamanda özünün qeyd etdiyi kimi tamamlanmış, "çəhrayı rəngli" bitkin, seçmə şeirləri yer almışdır.
Ənvər Əhməd. "Seçilmiş əsərləri". III cild. Poemalar. Tanınmış şair-alim Ənvər Əhmədin "Seçilmiş əsərləri"nin III Cildinə onun müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. Poemalardan ibarət e-toplu!
Çiçək Mahmudqızı. “Bənövşə yaşlar”. Poetik toplu. İstedadlı xanım şairənin son illər qələmə aldığı şeirləri. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (24 - 2014)
Mahir Qabiloğlu. "Ərmən – Şuşanikin sevgisi". Bu kitabda toplanan yazıların əksəriyyəti həyatda baş verən hadisələrdən qaynaqlanır. Bu yazılara əsasən müəllif – köşə yazarı kimi çalışdığım Modern.az və digər mətbuat orqanlarında rast gəlibsiniz.
Abbas Abdulla. "Yalnızam". Kitaba şairin son illərdə qələmə aldığı şeirlər toplanıb. Şeirlərdə türk dünyasının, bütöv Azərbaycanın, şairin böyüyüb boya-başa çatdığı Borçalı mahalının sevinci, ağrısı-acısı əksini tapıb. İnanırıq ki, oxucular Abbas Abdullanın bu kitabını da sevərək oxuyacaqlar.
Yusif Həsənbəy. “Sualtı döyüşlər”. “Next - özgə millət” (Romanlar). “Təkan” povest. Tanınmış nasir-şair Yusif Həsənbəyin bu elektron kitabına onun son illərdə qələmə aldığı iki romanı və “Təkan” povesti daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə ən yaxşı insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışır. Yazıçı ədəbiyyatımızda az işlənən dəniz, eləcə də çağdaş gənclik mövzusuna özünəməxsüs üslubda yanaşır...
Qabil. "İlahi qismət". Tanınmış xalq şairi, lirik-satirik şeirləri, aforizmləri, "Nəsimi" poeması ilə oxucuların yaddaşına həkk olunmuş Qabilin seçilmiş şeirlərindən ibarət e-kitab.
Rüfət Əhmədzadə. "Sizin ilə, gülə, gülə" (Şeirlər və bəhri-təvillər toplusu). XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, satirik və lirik əsərlər müəllifi Rüfət Əhmədzadənin müxtəlif illərdə qələmə aldığı maraqlı poetik-nəsr nümunələrdən ibarət e-kitabı...
Xalq şairi Fikrət Qoca "Sönən deyil bu ocaq" şeirlər və poemalar kitabıyla növbəti dəfə oxucularının görüşünə gəlir. Kitabda şairin son illərdə yazdığı və küll halında indiyədək çap olunmamış şeirlər və poemalarına yer verilmişdir. İnanırıq ki, bu kitab da poeziyasevərlər tərəfindən həmişə olduğu kimi, böyük maraqla qarşılanacaqdır. “Çağdaş Azərbaycan poeziyası” N 06 (139 - 2012)