"Bugünnamə"dən ilmələr". Kitab tanınmış istedadlı şairə-publisit Fikrət Sadığım sevimli oxucuları ilə növbəti ədəbi görüşüdür... Dövlət mükafatı laureatı, şair Fikrət Sadığın bu yeni kitabına "Bugünnamə"dən seçilmiş "Dördlük"ləri, son illərdə yazdığı şeirləri və publisist yazıları toplanmışdır.
Vaqif Hüseynov. "Mənə vaxt verin" (II e-KİTAB). Bu kitab həyatdan tez köçmüş, vaxtilə respublikamızın güney bölgəsinin ədəbi prosesinin aparıcı simalarından sayılan, istedadlı yaradıcı gəncləri üzə çıxaran, oxunaqlı lirik və satirik şeirlər müəllifinin elektron kitabı.
Vaqif Hüseynov. Mənə vaxt verin (I e-KİTAB). Həyatdan vaxtsız köçmüş, vaxtilə respublikamızın güney bölgəsinin ədəbi prosesində fəallığı ilə seçilərək istedadlı yaradıcı gəncləri üzə çıxaran, gözəl lirik və satirik şeirlər müəllifinin elektron kitabı. Kitabın araya-ərsəyə gəlməsində yardımı olan hər kəsə, xüsusən Araz Gündüzə və Xalidə Vaqifqızına xüsusi minnətdarlıq...
"Qeybdən insana". Gənc yazarın tərtibçisi olduğu bu maraqlı elmi-kütləvi publisitik kitabı xüsusi fitri imkanlara - gücə malik Hacı Məhluqə Çələbiyə həsr olunub. Qoy ona inananlar şəfa tapsın...
Balayar Sadiq. "Allahın unutduğu adam". Bu maraqlı və oxunaqlı kitabı çağdaş Azərbaycan ədəbiyyanının istedadlı nümayəndəsi, şair-publisist Balayar Sadiqin 45 illik yubileyi münasibəti ilə oxucuların qarşısında poetik hesabatı kimi də qəbul etmək mümkündür...
"O" (pritça). Jol ismert "Həyatımın sound`suz track`ı". Ədəbiyyat eksperimentləri sevir də. Şəbəkə ədəbiyyatına aid edilə bilincəcək yeni bir bədii nəsr nümunəsini oxucuların müzakirəsinə buraxırıq...
Fərid Hüseyn. "300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi. Bəzən insan elə kitabla qarşılaşır ki, oxuya-oxuya kədərlənir. Səbəb bu qədər sadədir: səhifələrin sona çatmasını istəmirsən. Belə kitablardan biri də "300 azərbaycanlı" idi. Ürəyimə bir istək doldu: bu kitabın "ardını" yazmaq. Yalnız bu yolla "300-azərbaycanlı" kitabı sona çatmaya bilərdi...
İbrahim İlyaslı. "Yuxuma söykənmiş adam". Sumqayıtda yaşayıb-yaradan tanınmış və istedadlı şairdən maraqlı bir poetik kitab... "Yuxuma söykənmiş adam" İbrahim İlyaslının «Hamı bir körpüdən keçir» (1998), «Mən bir söz bilirəm...» (2004) adlı şeir kitablarından sonra nəşr olunan üçüncü kitabıdır. Müəllif kitaba son zamanlarda qələmə aldığı yeni şeirlərini daxil edib.
Varis. "Bir ovuc torpaq". Çağdaş Azərbaycan yazarından növbəti bellestrik roman... Sevgi, xəyanət, insan taleləri, həyatın o tərəfi, zəmanənin hər bir üzü. Bir sözlə, əsl həyat və sevgi ədəbiyyatı...
"Qəza". Gənc yazardan dram janrında bir eksperiment bədii yazı: Qarabağ mövzusuna aiddir...Yazı müharibə şəraitini və azadlıq mübarizəsindən qismən bəhs edir. əsas tema xalqın dönməzliyi mövzusudur.