Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur.
Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə təhlil olunur. Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələrindən də istifadə edilmişdir.
Kitabda Azərbaycanın orta əsr dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi tarixi və mədəniyyəti araşdırılır. Şəhərlərin iqtisadi vəziyyəti, əhalinin sosial tərkibi, feodal cəmiyyətinin quruluşu, Şirvanşahlar sülalələrinin tarixi açıqlanır. Əsər numizmatik, epiqrafık və arxeoloji materiallara əsaslanaraq bir sıra Şərq (ərəb, fars, türk), gürcü, rus, Qərbi Avropa mənbələrinə istinadən yazılmışdır.
Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir.
Zəngin tarixi faktlar, matеriallar əsasında yazılmış bu samballı tədqiqat əsərində Günеy Azərbaycan azadlıq hərəkatı ardıcıllıqla izlənmiş, 1939-1945-ci illərdə baş vеrmiş hadisələr hərtərəfli surətdə araşdırılmışdır. Sovеt İttifaqının və bir sıra başqa böyük dövlətlərin müdaxiləsinə baxmayaraq, Təbrizdə gеniş vüsət alan milli-azadlıq hərəkatı kitabın ayrı-ayrı fəsillərində bütün dolğunluğu ilə öz əksini tapmışdır. İlk dəfə işıq üzü görən, açıqlanan arxiv sənədləri əsasında Tеhran, Moskva, London və Vaşinqtonun Günеy Azərbaycandakı siyasəti, Sovеt Azərbaycanının bu prosеsdəki iştirakı ətraflı öyrənilmişdir.
Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə həsr edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş məqamları tədqiq edilmişdir. Yeni açıqlanan arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının, İ.Stalinin fitvası ilə Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə fəal iştirakının, habelə Güney Qafqaz respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır.
Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik - XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur. Kitаbdа Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə - çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşidurmasında rolu və təsiri araşdırılmışdır.
Onlardan biri «artilleriyanın Allahı» sayılan Əliağa Şıxlinski, o birisi isə milli hökumətimizin hərb naziri Səməd bəy Mehmandarovdur. Görün nə günlərə qaldıq. Axı bu əbləhlər haradan bilsinlər ki, generallarla o cür rəftar edilməz. Məhbəsdə onlarla bir «barak»da saxlanırdıq. Bolşevik adı altında müsəlmanlara divan tutan ermənilər onların başına nə oyunlar açmadılar?
75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Parisin ucqar Sen-Klu rayonunda, özünün sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1862-1934) dünyaya gözlərini yummuşdu. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış...
Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi.