Habil Yaşar. "Yoxluğumun varlığı". Şeirlər toplusu. Gənc istedadlı şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi çıxış edən Habil Yasarın oxuculara təqdim oluna bu e-kitabda yazarın dünyaya baxısları, könül duyğuları, eyni zamanda fəlsəfi düsüncələri öz əksini tapmısdır. Bundan öncə sairin 2001–ci ildə “Səni sevdim sevəcəyəm” və 2003-cü ildə “Məni sevgi yaratdı” kitabları oxuculara təqdim edilmisdir.
Yusif Nazim. “Super eşşək”. Gənc satirik şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetik-yumoristik, lirik poeziya nümunələriilə çıxış edən Yusif Nazimin ilk e-kitabı... "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" layihəsi çərçivəsində nəşr
Nigar İsmayılqızı. Sevgi deyilmi. Gənc şairənin lirik şeirlrindən ibarət lirik e-kitabı. Nigar İsmayıl qızı Quliyeva 1989-cu il aprel ayının 29-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbi, 2012-ci ildə isə Elm və Təhsil Mərkəzi - “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirb. İlk dəfə olaraq 2002-ci ildə öz daxili aləmini, duyğularını, hisslərini qələm ilə dilə gətirməyə başlayıb, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetik nümunələri işıq üzü görür...
Azər Qismət. "Təmiz adam" (Və ya 12 yaşınız mübarək əziz kişilər). Hekayələr. Gənc istedadlı nasirin müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş, bədii nəsr nümunələrindən - hekayələrindən ibarət elektron kitab. “Gənc yazarın e-kitabı” seriyası.
Dilqəm Əhməd. "Yolun yarpaqları". Gənc araşdırmaçının tarixi-publisitik kitabında Azərbaycan sivilizasiyasının bir çox müəmmalı suallarına cavab axtarılır... Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, "Gənc yazarın e-kitabı" silsiləsindən...
Nurlan Quliyeva. "Fateh" (Fantastik roman, povest və bədii hekayələr, mənzum təmsillər). Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Afak Şıhlı. "Dostlarım, bana da bahar gönderin" (türkcə). Afaq Şıxlı. "Dostlarım, mənə də bahar göndərin". Türk və Azərbaycan dilində şeirlər kitabı. Gənc yazarın e-kitabı silsiləsindən növbəti e-nəşr.
Aynur Lətifova. “Tənhalar klubu” (Povest).Fuad sevgilindən ayrıldıqdan sonra bir klub açmağa qərara alır. O düşünür: əgər tənhadırsa, niyə də tənha insanları birləşdirəcək bir məkan olmasın? Beləliklə Fuad Tənhalar klubu adlı bir məkan yaradır. Əsər yalqız bir adamın və tənha insanların kədərli hekayəsindən bəhs edir.
Firuzə Çiçək. "Xəyanət qoxusu". Gənc yazarın kitaba daxil edilmiş ilk hekayəsi "Gecikmiş qisas"da Xocalı faciəsi zamanı əsir götürülmüş körpənin terrorçu kimi yetişdirilməsivə sonrakı taleyindən bəhs olunur. Bu əsərdə Azərbaycanın MTN əməkdaşlarının şücaətindən də danışılır... Digər irihəcmli nəsr əsərində - "Xəyanət qoxusu" povestində isə dostluğa xəyanət, sevgi, ədalət kimi məsələlər öz əksini tapmışdır...
“Dünyanın söz xəzinəsindən yarpaqlar”... Gənc tərcüməçi Tovuz Teymurovanın çevirmələrindən ibarət Türk Dünyası yazarlarının hekayə antologiyası Eləcə də dünya ədəbiyyatından seçmələr: Poeziya, düşüncələr, bədii roman...
"Kulturoloji - alternativ düşüncələr" adlı kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Respublikamızın əksər ictimai kitabxanalarına paylanılıb. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərki, sənət və ədəbiyyat hadisələrinin fəlsəfəsini aydınlaşdırmaq, yeni - fərqli kulturoloji baxışların formalaşdırılması, polemik-yaradıcı düçüncəmizin inkişafı baxımdan maraqlı mənbə sayıla bilər... Bəsti Əlibəyli . Mətnə sədaqət və tənqid mədəniyyəti.